Xeybər – İslami Fəthlər silsiləsi II

Xeybər - İslami Fəthlər silsiləsi II

Rəsulullah hicri 7-ci ildə Xeybərlilərə qarşı savaşa çıxdı. Xeybər xalqı Peyğəmbərə qarşı dirəşdilər və müsəlmanlarla savaşdılar. Rəsulullah 1 aya yaxın onları muhasirə etdi. Sonunda xeybərlilər həyatlarının qorunması, uşaqlarının buraxılması şərtiylə Xeybərdən çıxıb getməyi və torpaqlarını, qızıl və gümüşlərini, üzərindəkilər xaric, geyim və silahlarını müsəlmanlara buraxmağı və heç bir şey saxlamayacaqlarını,( saxlasalar əgər anlaşmanın hökümsüz qalacağı bildirildi)qəbul etmək surətilə hz. Peyğəmbər ilə sülh bağladılar. Yəhudilər, içində Huyeyy ibn Ahtabın qızılları olan bir qutunu gizlətdilər. Huyeyy bu qutunu Bəni Nadir yəhudiləri Mədinədən çıxarılandan sonra Xeybərə aparmışdı. Rəsulullah Huyeyy daha öncə öldürüldüyü üçün , Saye ibn Amra ” Huyeyin gətirdiyi qutuya nə oldu”? deyə soruşdu. O “savaşlar və məsrəflər sonucu bitdi”deyə cavab verdi. Bunun üzərinə peyğəmbər ” az vaxt keçdi və çox mal var idi” deyərək verilən cavabın doğru olmadığını ifadə etdi. Sayeyi cəzalandırmağı əz Zubeyrə həvalə etdi. Bunun üzərinə Saye: ” Huyeyyin bu xarabada dolaşdığını gördüm” dedi. Müsəlmanlar göstərilən yerə getdilər və orada qutunu tapdılar.
Rəsulullah Əbul Hukaykın iki oğlunu öldürdü. Anlaşmanı pozduğları üçün onların qadınlarını və uşaqlarını əsir aldı, mallarını qənimət götürdü və Xeybərdən sürgün etmək istədi. Xeybərli yəhudilər peyğəmbərə yeni təklif etdilər: “Biz torpağı işləməyi və xurma yetişdirməyi yaxşı bilirik, buna görə bizi yerimizdə burax.”
Rəsulullah yetişən meyvə və taxılın yarısı qarşılığında onları yerlərində buraxdı və onlara: ” Allahın sizi burada buraxdığı müddətə qədər mən də sizi burada buraxıram” dedi. Çünki, peyğəmbər və əshabının bu torpaqlarda işləyəcək işçiləri və vaxtları yox idi.
Ömər b. Əl Xəttabın xilafəti zamanında, aralarında vəba xəstəliyi yayıldı. Bundan başqa, müsəlmanlara qarşı pis davranırdılar. Rəsulullah belə buyurmuşdur; ” Ərəb yarımadasında iki din bir arada olmayacaqdır.” Ömər bu hədisin peyğəmbərin söyləyib söyləmədiyini incələdi. Sonunda, hədisi söyləmiş olduğunu inandırıcı dəlillərlə sübut edildiyində Xeybər yəhudilərini yerlərindən sürgün elədi. Xeybər torpaqlarını savaşda iştirak edən müsəlmanlar arasında bölüşdürdü. Peyğəmbərin xanımlarına da hissə ayırdı və onlara: sizlərdən kim istəyir məhsul götürsün, kim istər torpaq alsın, hissələri varislərinə də qalacaqdır.” dedi.
Abdullah ibn Rəvaha hər il Xeybərə gəlir, yetişən məhsulu hesablar, sonra yarısını onlardan alırdı. Xeybərlilər Abdullahın hesabdakı aşırı həsassiyətinə görə peyğəmbərə şikayət etdilər. Bundan başqa, Abdullaha rüşvət təklif etdiklərində o belə cavab verdi:
” Ey Allahın düşmənləri! Mənə harammı yedirtmək istəyirsiz? Allaha and olsun ki, mənim üçün insanların ən sevgilisi olan bir zatın qatından sizə gəldim. Sizin topluluğunuzdan meymun və donuzlardan daha çox nifrət etməkdəyəm. Amma, sizə qarşı olan nifrətim və ona qarşı olan sevgim, məni, sizə qarşı heç bir zaman ədalətsizliyə sürükləməyəcəkdir. Bundan sonra xeybərlilər: ” göylər və yerlər ədalətlə qaimdir” deyə qarşılıq verdilər.
Əl Hüseyn ibn əl Əsvəd- Yəhya ibn Adəm- Abdüssəlam ibn Harb- Şubı və əl Hakem yoluyla rəvayət etmişdir:
Abdurrəhman ibn Əbu Leyla Allahın “Onlara yaxın bir fəth bəxş etmişdir”( Fəth surəsi18) ayətində müjdələnən fəthin Xeybər fəthinə, və “sizin təsəvvür etmədiyiniz başqa qənimətlər” ( Fəth surəsi 21) ayətinin də Sasani və Bizans fəthlərinə işarət etdiyini rəvayət etmişdir.
Xeybər qənimətləri 36 hissəyə bölünmüşdü. Bu hissələrin hər biri, yüz hissə qəbul edildi. Bunlardan 18 hissə müsəlmanlara verildi və onlar öz aralarında bunu bölüşdürdülər. Rəsulullaha digər müsəlmanlar kimi bundan bir hissə verildi. Digər 18 hissə isə, peyğəmbərə qonaq gələnlərlə heyət mənsublarına və digər ehtiyaclarını sərf etmək üçün Rəsulullaha verildi.
**** ****
Hicri 38-ci ilin sonu və 39-cu ilin başlarında Əli ibn Talibin xəlifəliyi zamanında, əl Haris ibn Mürrə əl Abdi, Əlinin izni və öz istəyi ilə Sind hüdudlarına gəldi, zəfər qazandı, qənimət və əsirlər əldə etdi. Daha sonra əl Haris və az bir qismi istisna olmaqla yanındakılar 42-ci ildə Kikan torpağında öldürüldülər.
Osmanın dövründə Said Təbəristana yürüdü. Əlinin iki oğlu Həsən və Hüseyn bu savaşlarda Said ilə bərabər idi.
Mərv mərzbanı Mahaveyh Əlinin xəlifəliyi dövründə Əlinin yanına gəldi. Əli dehqanların və digərlərinin cizyəni ona ödəmələrini bildirən bir vəsiqə yazdı. Ancaq Xorasan xalqı, onlara üsyan etdi. Bunun üzərinə Əli Cade ibn Hubeyrə əl Mahzumiyi Xorasana göndərdi. Cade buranı fəth edə bilmədi. Xorasandakı qarışıqlıq, Əlinin öldürülməsinə qədər davam etdi.
Əli ibn Əbu Talib bunları dedi: ” sizlərdən birisi bizimlə bərabər Müaviyəyə qarşı savaşmaq istəməzsə, atasını alsın və Deyləmə getsin, onlarla döyüşsün!” Mən də ( İsmayıl ibn Mürrə əl Həməzani) oraya gedənlərdən idim. Bizlər 4-5 min kişi idik.
İstifadə olunan mənbə; Əhməd ibn Yəhya əl Bəlazuri; Fütuhul Buldan.

MariaTudor.com saytında tarixə səyahətə davam:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir