Türk-Ərəb Münasibətləri

Türk Ərəb Əlaqələri

Quruluşundan qısa bir zaman sonra Osmanlı dövləti bir çox etnik qrupu hakimiyyəti altına almışdı. Müsəlmanlar irq fərqlilikləri nəzərə alınmadan tək bir millət qəbul edilirdi və imperatorluğun ən geniş və ən önəmli ünsürünü təşkil edirdilər.

1789-cu il Fransa inqilabından sonra miliyyətçilik fikirləri yayılmaqa başladı. Qərbdən gələn təsirlə milliyətçilik ilk olaraq intellektual hərəkat olaraq başlamışdısa sonralar genişlənərək aydınlar arasında geniş yayılmağa başladı. Ərəb millətçiliyi çoxu xristiyan olan və qərb təhsili görən aydınların təsirilə düzənli bir milliyətçilik hərəkatına dönüşdü. Bu hərəkatın rəhbərlərinin çoxu Livanlı xristiyanlar idi. Butros El Bustani bu liderlərin başında gəlirdi. Bustaninin Amerikan Protestan Məzhəbi ilə sıx əlaqələri var idi və Amerikan konsulluğunda tərcüməçilik edirdi. Tövratı ərəb dilinə tərcümə etmişdi.

1875-ci ildə Bustani gizli cəmiyyət qurdu. Suriya xalqını Osmanlı dövlətinə qarşı birləşməyə və Livan ilə birlikdə müstəqil bir idarəçilik altında toplanmağa çağırdı.

Bu cəmiyyətin 1880-ci ildə Ərəb Millətinin Bəyannaməsi adı altında yayınladığı bəyannamə ilə həm müsəlman, həm də qeyri müsəlmanlara xitab edərək  türklərə qarşı üsyan qaldırmalarını istəmişdilər. Bəyannamədə; Türklərin Serb və Qaradağ müharibələrinə qədər Qaradağ və Serb əhalisindən vergi adı altında xərac aldıqlarını, ancaq bu xalqlar indi istiqlaliyyətlərini qazandıqları üçün Osmanlı tərəfindən istismar edilmələrinə imkan qalmadığını, Türklərin indi də gözlərini ərəblərin üzərinə dikmiş olduqlarını ifadə edərək; Ərəb millətinə bu zülmə artıq nə qədər dayanacaqları sual edilməkdədir. Bəyannamədə ərəblərin islam öncəsi tarixlərindən örnək verilərək indiki halları ilə müqayisə edilir. Bir tərəfdən Türklərin Rusiyaya məğlub olmasına sevinclərini bildirirdilər, digər tərəfdən də müsəlman ərəbləri təhrik etmək üçün “Türklər sizin qanınızla sulanmış bölgələri Ruslara satırlar” ifadələrinə yer verirdilər.

Xülasə, bu dövrdə Ərəblər arasında mövcud siyasi düşüncələri aşağıdakı kimi ümumiləşdirə bilərik:

a) Osmanlı xilafəti yerinə ərəb xilafəti təsis etmək istəyənlər,

b) Ərəb bölgələri üçün xüsusi islahatlar tələb edənlər,

c) Bütün Osmanlı vilayətlərini əhatə edən islahatlar tələb edənlər,

d) Osmanlıdan ayrılıb müstəqil Ərəb dövləti qurmaq istəyənlər,

e) Avropa dövlətlərindən birinin himayəsini arzu edənlər.

Sultan II Abdulhəmid ərəblərin millətçilik ideyalarını basdırmaq üçün islam birliyi ideyasını irəli sürdü. 1876-cı il Konstitusiyasının III və IV maddələrində Osmanlı sultanı rəsmi şəkildə müsəlmanların xəlifəsi elan olunurdu. Əbül Huda və İzzət Paşa kimi ərəbləri özünə tərcüməçi seçdi. Abdulhəmid ərəb siyasətini bunlara danışaraq icra edirdi. Abdulhəmidin ən önəmli tədbiri isə 1901-ci ildə başlayıb 1908-ci ildə inşası tamamlanan Hicaz dəmiryolunun çəkilməsi oldu. Bu projenin əhəmiyyətini  1907-ci ildə İstanbuldakı ingilis konsulu belə rapor etməkdədir: ” Son on ilin ən önəmli hadisəsi Abdulhəmidin üç yüz müsəlmana özünü xəlifə olaraq qəbul etdirməsi və bütün bu müsəlmanları asanlıqla müqəddəs yerlərə çatdıracaq  Hicaz dəmiryolunun açılmasıdır”.

Avropa dövlətləri Osmanlı imperiyasını yıxmaq üçün  türk olmayan xalqların yaşadığı bölgələri fəaliyyət sahəsi seçmişdilər. Bu mənada Qərb dövlətlərinin  ərəb vilayətlərinə ilk müdaxilələri  buralarda yaşayan müsəlman olmayan  camaatların  haqlarını qorumaq bəhanəsi ilə başladı. Buna nümunə olaraq  1840 və 1860 Livan hadisələridir. Hər iki tarixdə baş verən  hadisələrə Fransa və İngiltərə müdaxilə etmişdilər. Fransa, 1740-cı ildə I Mahmudun XV Luizlə bağladığı müqaviləyə söykənərək Suriyadakı bütün katoliklərin hamisi olduğunu iddia edirdi. XX əsrin başlanğıcında  Asiyada neft yataqlarının kəşf edilməsi  böyük dövlətlərin  bölgə üzərindəki ehtiraslarını daha da artırmışdır. 1900-cü il tarixində  İranda və Mesopatamiyada  aparılan tədqiqatlarda  böyük bir neft yatağının Van gölündən etibarən Basra körfəzinin cənub sahillərinə qədər Asiya qitəsi altında  axmaqda olduğunu meydana çıxardı. Hərbi donanmalarda artıq mazutdan istifadə edildiyi üçün bu kəşfin önəmi böyük idi. Bu bölgədə İngiltərə və Almaniyanın ehtirasları hərəkətə keçdi.

1908-ci ildə İttihad və Tərəqqinin hakimiyyətə gəlməsindən sonra ərəb millətçiliyi yeni bir dövrə qədəm qoydu. Bu zaman Osmanlı dövlətinin 22 milyon əhalisi var idi. Bunun 7,5 milyonu turk, 10,5 milyonu isə ərəb idi.

Ittihadçıların  siyasətlərinin ikinci dövrü və müzakirələrə ən çox  mövzu olan dönəm isə I Balkan savaşı sonrasıdır. Modern mənada türk milliyətçiliyi 1913-cü ildən sonra doğulmuşdur. Pantürkizm Panslavizmə qarşı bir təpki olaraq meydana gəlmişdir. Bu siyasətin qayəsi dünyadakı bütün türkləri birləşdirmək idi. Bununla eyni mənada istifadə edilən Panturanizm isə türklərə Avropadan idxal edilmiş və Turan qaynaqlı bütün irqləri birləşdirməyi qarşısına məqsəd qoyurdu. İngilislər getdikcə İstanbulda nüfuzu artan almanları  Yaxın Şərq siyasətində özləri üçün təhlükə hesab edirdilər. Bu üzdən bu bölgələrdə ən  önəmli ünsür olan ərəbləri hərəkətə keçirmək istəyirdilər. Pan-Turanizm ideyasının yayılması ilə ərəb-türk dostluğunun pozulacağına əmin idilər. Bu üzdən bu ideyanın propaqandasını aparmışdılar. Arnold Toynbe öz raporunda Pan-Turanizmin ərəbləri hərəkətə keçirmək üçün ən yaxşı propaqanda olduğunu söyləməktədir. İngilislər bir tərəfdə  Pan-Turanizm ideyalarının inkişaf edilib yayılmasına yardımçı olarkən, digər tərəfdən ərəblərə bu ideyanın onları türkləşdirmə məqsədi güddüyünə inandırmışdılar. Beləcə ərəb-türk dostluğu pozulmuş, aralarında nifrət yaranmışdır.

Kamil Paşa kabineti İtalyan savaşı ilə uğraşarkən 2 oktyabrda Balkan dövlətləri ittifaqının ultimatumu ilə üzləşdi. Balkan müharibəsinin başlanmasından bir gün öncə 17 oktyabrda İtaliyanın Liviya üzərindəki hakimiyyətini təsdiq edən müqavilə imzaladı.

Kamil Paşa kabinetinin İtaliya ilə anlaşma imzalaması ərəblər üzərində mənfi təsir yaratdı. Çünki, bu anlaşmada ərəblərin fikrinin alınmasına ehtiyac duyulmamışdı. Dövlət böyük problemlərlə qarşı qarşıya idi və Liviyada əsgəri quvvə yox deyəcək qədər az idi. Ancaq anlaşmadan öncə ərəblərlə fikir birliyinə varılsa idi, bəlkə anlaşma maddələri bir qədər yüngül ola bilərdi. Buna görə bir çox ərəb qəzet və jurnalları  höküməti tənqid edir, Türklər ərəbləri düşmənlərinə satdı şəklində yazılar yazırdılar.

I Dünya savaşında  üsyançı ərəb liderlərlərinin  siyasətini anlamaq üçün  o dövrdə hazırlanıb dağıdılmış bildirilərdən bəzi bölümləri  göstərmək yerinə düşəcəkdir.

….Ey Ərəblər ayağa qalxın, qılınclarınızı qınınızdan çıxararaq ölkənizdəki zalımları (Türkləri) qovun. Sənə və sənin dilinə düşmənlik göstərən  bu insanlardan ölkənizi təmizləyin.

Müsəlman və xristiyan ərəblər düşməninizə qarşı birləşin. Bu müsəlman, bu xristiyan ərəbdir deməyin. Hamınız bir Allaha bağlısınız və din Allahındır. Onun üçün birləşin.

Ey müsəlman Ərəblər, bu zalım idarə (Osmanlı) islami idarədir deyə düşünursuzsə, böyük bir xətaya düşürsüz. Çünki, Allah kitabında “zalımlar kafirlərdir” deməktədir.

Ey yəhudi və xristiyan ərəblər, müsəlman ərəb qardaşlarınızla Türklərə qarşı birləşin. Müsəlman ərəblər sizin vətən qardaşlarınızdır.

Ümümiyyətlə götürsək əsarətdə olan xalqların öz ağalarına qarşı başqa bir dövlətin himayəsini axtarmaları onların qədəridir. Bu halları Azərbaycan tarixində AXC dövründə də ingilislərə münasibətdə də görə bilərik.

MariaTudor.com saytında tarixə səyahətə davam:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir