Şüubiyyə; Ərəb-Fars Düşmənçiliyinin Kökləri

Şüubiyyə; Ərəb-Fars Düşmənçiliyinin Kökləri

Cahiliyyə dövründə ərəblərdə qəbilə asabiyyəti hakim bir xislət idi. Qıtlıq və əziyyət içərisində yaşamaları, çöl həyatı onlarda bir dostluq və yaxınlıq havası yaratmışdır. Başqa qəbilələrə qarşı bir üstünlük sərgiləyirdilər. Yaqubinin tarixində qeyd edilən rəvayətdə ərəb böyüklərindən Ən Numan b. Əl Munzir qızını Kisra Pərvizlə evləndirməyi rədd etmişdir. Bu rəvayət hələ islamdan öncə ərəblərdə asabiyyətin varlığını və ərəblərin özlərini üstün gördüyünün dəlillərindən sayıla bilər. Üstəlik bu hadisə farsların geniş nüfuz və səltənət sahibi olduqları, ərəblərin isə onlarınkına bənzər şan və şərəflə, yad edilmədikləri bir zamanda baş vermişdir.

Cahiliyyə dövründə ərəb fars münasibətləri ticarətdən o yana keçmirdi. Farsların o dövrdə özlərindən başqa millətləri aşağıladığını göstərən bəzi nümunələr vardır. Məsələn: əş Şəhristani onların digər millətləri kölələri saydıqlarını, özlərini isə əl Əhrar (azadlar) adlandırdıqlarını yazır. Yenə əl Yaqubinin bir rəvayətinə görə o dövrlərdə farslar ərəblər üçün abid (kölələr) ifadəsini işlərdirdilər.

Ərəb-Fars Düşmənçiliyi
Ərəb-Fars Düşmənçiliyi

Hətta, kisra Pərviz kölə sözünü, onu islama dəvət etmək üçün ona məktub göndərən Peyğəmbərə də aid etmiş, “köləm olduğu halda mənə məktub yazmış” demişdi.
Miladi 611-ci ildə baş verən Zükar hadisəsi tarixçilər tərəfindən Ərəblərlə Farslar arasındakı münasibətlərin dönüş nöqtəsi sayılır. Əl Yaqubi bu hadisəni ərəblərin əcəmlər üzərində ilk qələbəsi hesab edər. Peyğəmbərdə bunu belə ifadə etmişdir: “Zükar hadisəsi ərəblərin əcəmlərdən intiqam aldıqları ilk gündür. Ərəblər onda mənim vasitəmlə yardım görmüşlərdir.” buyurmuşdur. Qərb qaynaqlarıda bu hadisənin ərəb-fars münasibətlərində yeni cığır açdıqını qeyd edirlər..
Bir sual ağıllara gəlir. Ərəblərdə milliyətçilik duyğusu bu savaşdan sonramı meydana gəlmişdir. Tarixçilər bu mövzuda bir söz söyləmirlər. Goldziher ərəb-fars münasibətlərini iki mərhələyə bölür: Zükar hadisəsinə qədər farslar ərəblərin ağası idi, Kadisiyyə savaşından sonra isə ərəblər farsların ağası idi.

Məvalilər və Ərəblər

İslami fəthlər sırasında əksəriyyəti farslardan ibarət olan islamı qəbul edən məvali adlanan qrup meydana gəlmişdi. İlk rəşidi xəlifələr dövründə məvalilərlə ərəblər arasına heç bir fərq qoyulmazdı. Hücurat surəsi 13-cü ayətinə söykənərək” Allah yanında ən üstününüz Təqvası çox olanınızdır” prinsipi rəhbər tutulurdu. Sonralar ikinci xəlifə Ömərin fars əsilli Əbu Lulə tərəfindən şəhid edilməsindən sonra ərəblər əksəriyyəti farslar olan məvalidən çəkinməyə başladılar. Qəbilə təəssüblərini ortaya qoymağa başladılar. Beləcə, Əməvilər dövründə artıq ərəb milliyətçiliyi inkişaf etmiş, ərəblər özlərindən başqa heç bir millətin üstünlüyünü qəbul etməyən məğrur bir millət olaraq yaşamışdılar. Ərəb bir qadının məvali ilə evlənməsi qəbul edilməz bir şey idi. Bunu təhqir kimi qəbul edirdilər. Boşanma və yaxud qırmanclama ilə yekunlaşırdı. Şairlər onlara həcv yazırdı. Eyni zamanda kişilərində ərəb olmayan qadınlarla evlənməsi əsasəndə cariyələrlə evlənməsi xoşagəlməz hal kimi qəbul edilirdi. Anası cariyə olan şahzadələrin xilafət məqamına oturmalarına icazə verilmirdi. Məsələn Hüseyn ibn Əlinin nəvəsi Yezid ibn Əli səltənəti ələ keçirməyə təşəbbüs etdiyi zaman Əməvi xəlifələrindən Hişam ibn Abdulmalik ona “eşitdim, xilafəti əldə etmək istəyirsən, sən xəlifəliyə layiq olduğunu isbat edə bilmərsən, çünki, bir cariyənin oğlusan” demişdi. Halbuki, Yezidin anası adi bir cariyə deyil, İran kisralarından birinin qızı idi. Anası cariyə olan ilk xəlifə Əməvilərdən Yezid ibn Valid olmuşdur. Ərəb olmayan anadan doğulan uşaqa “hecin” deyilirdi. Çox zaman həmin uşaqlar xor görülürdü. Ömər ibn Abduləziz məvalilərin durumunu yaxşılaşdırmağa yönəlik addımlar atmışdı. Ana tərəfdən babası Ömər ibn Xəttab olan bu xəlifə babasının dövründəki ədaləti bərpa etmək istəyirdi. Amma hakimiyyəti qısa sürdüyü üçün təkrar eyni vəziyyət yaranmışdır. Ancaq elmi və dini çevrələrdə bu ayrı seçkilik yox idi. Məsələn: Həsən əl Bəsri Əməvi xəlifələri və valilərini tənqid edər, ona heç bir pis cavab verilməzdi. Hətta, Həsən əl Bəsrinin cənazə namazında o qədər insan olmuşdu ki, əsr namazın qılmağa yer tapmamışdılar.
Məvaliyə olan bu ayrı seçkilikdən dolayı məvalilər Əməvilərə qarşı olan istənilən üsyanı dəstəkləmişdilər.
Şüubiyyə: Rəşidi xəlifələr dövründə islami fəthlərin genişlənməsi sayəsində ərəb olmayan millətlər islama və ya yeni yaranan Ərəb dövlətinə boyun əyməyə məcbur qalmışdılar. Yaxın dövrlərdə yaşamış İranlı ədəbiyyatçılardan Cəlaləddin Humayinin fikrinə görə Şüubiyyə sözü ərəb əsilli olmayanlardan ərəblərlə mücadiləyə girişən üç qrup insana aid edilməktəydi:

I Qrup – Şüubilər başlanğıcda bütün millətlər və irqlər arasında tam bir bərabərlik olduğu, hər kəsin Adəmdən törəndiyi fikrini müdafiə edirdilər. Ona görə bu qrupa ilk zamanlar Əhlüt təsviyı adını vermişdilər.

II Qrup – Bunlar ərəblərə bir millət olaraq hücum edən ancaq islamiyyətə toxunmayan kimsələr idi. Bu qrupa daha çox ərəb əsilli olmayıb köhnə dinlərində qalanlar və ya müsəlman olsalar da millətçilik duyğusu ağır basan, dövlətlərini əllərindən aldıqları üçün ərəblərdən nifrət edənlər daxil idi.

III Qrup – Bunlar ərəblərə hər cür pisliyi aid edən, ərəbləri bütün millətlərdən aşağı tutan, yeri gəldikcə islamı belə gözdən salmağa çalışan, ərəblərdən gələn hər şeyi çirkin görən bir qrup idi.

Şüubiyye Abbasi dövründə ortaya çıxan Ravendiyyə, Xürrəmiyə, Qədəriyyə kimi firqələrdən ibarət idi. Ərəb dilində insan topluluğu mənasını verən şab kəlməsinin cəminə şüub deyilir. Şüubiyyə birdən birə ortaya çıxmamışdır. Şüubiyyənin ilk fəaliyyəti Əməvi əsrinin sonlarında İranlı şair İsmayıl ibn Yəsarın xəlifə Hişam ibn Abdulməlikin dövründə hüzurunda qövmü farsların şan və şöhrətinə həsr edilən qəsidəsini oxumaqla başlamışdı. İsmayıl ibn Yəsar ən Nisai Azərbaycanda yaşamış fars əsilli bir ailənin uşağı idi. Çox uzun bir ömür yaşamışdır. Oxuduqu qəsidə bu idi:
Atana and olsun ki, gerçekden mən, namusunu qorumada nə təməli dayanıksız və nə də soyu pozuk olan biriyəm.
Soyum şərəflidir və şanım da müqayisə götürməz. Mənim qılıncın ağzı kimi kəskin, zəhərli bir dilim vardır.
Öyünmə ya da ululama xüsusunda Kisranın, eyni zamanda Sabur el Cunud və Əl Hurmuzanın bənzəri kim ola bilər.
Onlar o qorxu günündə hücum edəcəkləri təqdirdə birliklərin aslanları kəsilirlər. Onlar türk və rum hökmdarlarına da qalib gəlmişdilər.
Əgər burada bizi soruşacaq olsan sənə, bütün nəsillərə üstün gələn bir nəslimizin olduğu xəbər verilir.
Əməvilərin tetiz və qəti durumlarından dolayı gizli fəaliyyət göstərən şüubəçilik Abbasilər dövründə açıq şəkildə fəaliyyət göstərmişdir. Sonralar Abbasi idarəsində İranlıları Türklər əvəz edəndən sonra şüubiyyə hərəkatı ərəb bölgələrində zəyifləsə də, İran torpaqlarında, xüsusilə də, Tahirilər, Samanilər və Saffarilərin dövründə bu hərəkat canlı qalmaqda davam edirdi. Onlardan sonra isə irqçilikdən uzaq olan, islamı himayə edən və ərəbcəni elm dili olaraq seçən Qəznəvi və Səlcuqlar dövründə bu hərəkat yox olub getmişdir.
Abbasilər dönəmində farslar əsas qüvvəyə çevrildi. Xüsusilə xəlifə əl Mənsurun dövründə ərəblərə xor baxılırdı. Vəzirlər də Fars əsilli Bərməkilər olduğundan məvalilər saraya sərbəst şəkildə girib çıxırdılar. Ərəblər isə əksinə xilafət qapısına günlərlə gözlədikdən sonra içəriyə daxil ola bilirdilər. Ərəb şairlərindən ən Nuheylə xəlifənin qapısında uzun muddət gözlədiyi halda içəri girmə izni ala bilməmişdi. Xəlifənin hüzuruna sərbəst girib çıxan Xorasanlılar onu ust başı pərişan halda gördukdə ələ salmışdılar. Bu sırarada şairin dostlarından biri dövlətin halın ondan soruşduqda Ebu Nuhayle “kölənin və məvalinin dövləti imiş” cavabını vermişdi.
Fars ibn Mukaffa dovləti necə idarə etmek lazimdi mövzusunda kitabını Abbasilərə verir. Ondan sonra Abbasi dovletinde vəzir vəzifəsi yaradilir. Xelife ise yavaş yavaş ruhani qılığına girməyə başlayir. Vəzir başbakan kimi bütün işləri əlində cəmləşdirir, vəzirlərin də əksəriyyəti fars idi. Xəlifə Allahin yer üzərinde kölgəsidi fikri bundan sonra aşılanmağa başlayır. Sasani idarə etməsini və ideolojisini bərpa etmekden heç vaz keçmirdiler. Astrologiya Sasani mədəniyyətini mənimsənməsi ilə Abbasi xəlifəsi əl Mənsurun dövründən ərəb idarəçilərin günlük həyatının bir hissəsinə çevrilmişdi. Münəccimləri əl üstündə tutan və onların kəhanətinə görə hərəkət edən ilk xəlifəydi. Zərdüştlükdən müsəlmanlıqa keçən Nevbahtin kəhanəti ilə Bağdad şəhərinin təməllərini 762-ci ildə atmışdı. Qohumu Alid Ibrahim ibn Abdullahin ona üsyan edəcəyini xəbər vermişdi. Islam öncəsi və islamın ilk dönəmlərində ərəblərdə astroloji haqqinda bilgi yox idi. Tam tərsi olaraq Sasanilərin son dönəmi və xilafət ərazisində yaşayan son sasani toplumlarında ulduz falı yayğın idi. İranlılar artıq ərəbcəni zərdüşt mətnlərinin dili olan Pəhləvicədən daha yaxşı bilirdilər ve bu dini mətnləri qorumaq üçün o sırada hakim dil halına gəlmiş ərəbcəyə çevirmek zorundaydilar. Sasanilerin bir əsr öncəki çöküşünün ardından, bu mətnler yox olma təhlükəsi ile qarşı qarşıya qalmıştı. Gələnəksəl Zərdüştçü mətinlerin ərəbcəyə çevrilmesi, pəhləvicə bilməyən bu ərəbləşmiş iranlıları Əməvilərin çöküşünün qaçınılmazığına və təkrar canlandırılmaq istənən zərdüştlüyün hələ keçərli olmasına inandırmaq üçün önəmli bir propaqanda vasitəsiydi. Fars adət-ənənələrinin yayğın olduğu Abbasilər dövründə Sasanı mərasim və ənənələrindən bəhs edən Ayin-namə, içində çoxlu hekayələr olan Hodayname, məcusi ədəb və əxlaqından bəhs edən Kitab Mezdek ilə et Tac fi sireti Enuşirevan, Əl Biruninin ifadəsinə görə sırf manheizmi yaymaq məqsədi ilə İbn Mukaffanın “Babi Berzeveyh” adıyla bir bölüm əlavə edərək tərcümə etdiyi Kəlilə və Dimnə əsəri ilə İshak ibn Yezidin tərcümə etdiyi Siretul-furs və başqaları şüubiyyənin ədəbi fəaliyyətinə aid nümunələrdən bəziləridir.
ŞÜUBİYYƏ İDDİALARI: Şüubiyyəçilər peyğəmbərin vida xütbəsində dediyi “ey insanlar, islam sizdən cahiliyyə təkəbbürünü və atalarınızla öyünməyinizi qaldırmışdır. Ərəbin ərəb olmayandan üstünlüyü ancaq təqvasıyladır.” sözləri dəlil gətirərk ərəblərin özlərini üstün görməsinə qarşı çıxırdılar. Deyirdilər ki, dörd peyğəmbər istisna (Saleh, Hud, İsmmayıl, Məhəmməd) qalan bütün peyğəmbərlər bizdəndir. Aləmlərdən seçilən Adəm və Nuh da bizdəndir. Kök bizik, siz isə budaqlarımızsız. Ərəblərin nəsəbləri ilə öyünməklərinə qarşılıq Şüubilər özlərini İshaq peyğəmbərin nəvələri, azad olan Saranı isə anaları olduğunu, ərəbləri isə cariyə qadın olan Həcərdən törəndiklərini iddia edərək onları soysuz qadının uşaqları anlamını verən Benul Lahna adlandırırdılar. (Yeri gəlmişkən bu ifadələrdən yəhudi ədəbiyyatında da ərəblərə qarşı hələ islamdan öncə işlədilirdi)
Cəlaləddin Hümayinin fikrinə görə, Şüubiyyə mənsubları bəzən bu günün romanları kimi başdan ayağa xəyali və uydurma bir hekayəni tarixin içinə soxub gerçək olan və olmayan rəvayətləri biri birinə qarışdırırdılar. Belə ki, bunların gerçək olandan ayırd edilməsi çox çətin bir iş idi. Onlar ədəbiyyatda ərəbləri təhqir edib özlərini tərif edən bir çox hekayələr yazıb, yalanlar uydurmuşdular. Bəzi ərəb atalar sözlərinin söyləniş səbəbləri haqqında çirkin hekayələr uydurmuşdular. Bəzi fars əsilli şəxsiyyətləri məsələn Qurandakı İsgəndər Zülqərneyni Əhəməni hökmdarı Kirlə eyniləşdirmişdilər. Salman Farsi adlı səhabə haqqında heç bir səhabə haqqında nəql edilməyən hədislər quraşdırmışdılar. Hüseynin fars hökmdarının qızı olan Şəhrəbanu ilə evlənməsindən dolayı bu evliliyi kutsayan Əlinin Şəhrəbanunu Ömərdən qoruması kimi hədislər dövriyyəyə buraxılmışdır. İran dövlətçiliyinə son qoyan xəlifə Öməri öldürən fars əsilli Əbu Lulə,  adlı bir kölə qəhrəman səviyyəsinə qaldırılmışdır. Əgər elm Sürəyya ulduzunda olsaydı iranlılardan bir qrup adam onu əldə edərdi,bir iranliya söysəniz gec tez ondan intiqam alınar və s.hədisləri nümunə çəkmək olar. Atəşgahlar bu sülalənin əlində idi. Qəbilə vasitəsi ilə Allaha ibadət etmək farsları əhli beyt üzərində din qurmağa vadar etmişdir. Buradakı səbəb əhli beyt sevgisi deyil, bu inancın məcusiliyə uyğun gəlməsi idi.

Şiəlikdə olan təqiyyə yenə məcusi inancından qaynaqlanırdı. Manilik, Məzdəkilik və s. köhnə fars dinləri öz hökmdarlarından gördükləri zülmlərdən dolayı gizli fəaliyyətə keçmişdilər. Gücsüz olduqları durumlar da belə gizli şəkildə təşkilatlanıb şahların sarayına qədər çıxa bilmişdilər.

12 imam inancının quranda olmadığını hamımız bilirik.Bəs bu inanc hardan gəlmişdir. Bildiyimiz kimi xristiyanlıqda 12 həvari inancı vardır. Köhnə fars dini olan Maniçilik də 3 dinin xristiyanlığın, buddizmin, zərdüştlüyün ünsürlərini özündə birləşdirirdi. Manilikdə incildən alıntılar var idi. 12imam inancı xristiyanlığdan maniliyə oradan da şiəlikə keçid etmişdir. Təsadüfi deyil ki, bütün şiə dövlətlərinin və firqələrinin başında farslar dururdu.

Məcusilərdə dini liderlik qədimdən Maday qəbiləsinə mənsub idi. Zərdüşt dövründə isə bu idarəçilik Mağan qəbiləsinə keçmişdi. Qəbilənin din adamları Allahın yer üzərindəki kölgələri olub Tanrılara xidmət etmək üçün yaradılmışdır. İdarəçinin bu qəbilədən olması vacib idi. Tanrı o insanda təcəlli etmişdi.
Məvali olan Şüubiyyə şairləri öz fars soyları ilə fəxr etməklə ərəbləri həcv edirdilər. Bunlara misal olaraq Bəşşar ibn Burd, Ebu Nuvas, Mihyar əd Deyləmi, el Heysəm ibn Adiyy, Allan əş Şüubi və başqalarını misal çəkmək olar. Ancaq ərəblər də boş durmamışdılar. Onların içərisində şüubilərə rədiyyə verən əl Cahiz kimi alimlər çıxmışdı.

MariaTudor.com saytında tarixə səyahətə davam:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir