Sultan Səlimin Şah İsmayıla Məktubları

Sultan Səlimin Şah İsmayıla Məktubları

Sultan Səlim Kılıc adlı bir casusla Tacızadənin ifadə və yazısı ilə olan bu məktubu İznikmiddən Şah İsmayıla göndərmişdir.

Murad xan oğlu, Sultan Mehmet oğlu, Sultan Bəyazidin oğlu Səlim Şahdan Əmir İsmayıla.
Sən zülmü zındığla, ilhad (haqq məzhəbdən dönmək) ilə birləşdirərək Şərq ellərində pis işlər gördün. Şahlığı nəfsinin havasına alət etdin. Şəriət qaydalarını aşdın, haram olan namusları halal saymağ, qiymətli və möhtərəm kişilərin qanlarını tökmək, məscidləri, minbərləri yıxmaq, türbələri yandırmağ, alimlərə, seyyidlərə xəyanət etmək, qurani kərimi pisliklərə atmaq və Əbubəkr və Öməri söymək kimi hərəkətlərin hər tərəfdə danışılmaqdadır ki, bunlar sənin və sənə uyanların qətlini vacib edən küfr və dindən dönüşünə dəlil olan şeylərdir. Bu üzdən ağır və ipək əlbisə yerinə zırh və kaftan geyindin və ordu ilə səfər ayında dənizi keçdin.
Məzlumlara yardım etmək və şəriəti qorumaq üçün hərəkət etdim. Əgər tövbə edər əlindəki ölkəni Osmanlı ölkəindən hesab edərsən nə əla.. Yox, belə hərəkət etməzsənsə təqdir (Allahın istəyi) pərdəsi arxasından nə zühur edərsə edər. (Mart, 1514)

Üçüncü dəfə göndərilən məktub

İsmayıl Bahadır Allah şanını islah etsin. Əməl etməyin vacib olan bu örnək yazı sənə çatanda bilməlisən ki, İslamlıq və Hz. Məhəmmədin şəriət pərdəsini yırtmağa cəhd etdiyin xüsusunda yapdığların sənin zərərli olmandakı tiynətinin ( yaradılışının) son nöqtəsi və fitnə fəsad çevrəndir. Artıq bu durumları zəfər rüzgarının ox və xəncəri ilə qazmaq zamanı gəlmişdir. Bu xüsus bütün müsəlmanlara, xüsusilə də, sultanlara vacib olmuşdur. Uləma fətva vermişdir. Hz.Məhəmməd dinini sevənlər və şəriəti Əhmədiyyənin namusunu qorumaq üçün saysız əsgərimlə sənin həddini bildirmək üçün Şərqə gəldiyimdə şahlıq baxımından sənin idarənin altındakı sahələrdə fəth bayraqlarımın səadət kölgələri altında səadətliyində ər isən meydana çıxarsan.
Allahın bu xüsusdakı əmir, qədər və iradəsi nə isə meydana gəlsin, deyə buyurmuşdum. Bunda məqsədim ağlını başına alıb, bir neçə aylığ fürsətdən yararlanaraq hazırlanmış olmandır.
Qəfil tutuldum, mənə tabe olan xalqı toplamağa yetəri qədər zamanım olmadı” deyə bir sürü bəhanələr uydurmayasan.
Uzun müddətdir əsgərlərinin çoxluğundan dünya zor nəfəs almağdadır. Çarpışmalardan, silah səslərindən havanın nəfəsi daralmışdır. Nal vuruşlarından yer dəmirlə qapanmış kimidir. Bütün bu sıralarda açıq və ya qapalı, xeyirli və xeyirsiz sənin tərəfindən ən kiçik hərəkət belə olmamışdır.
Bu sırada muzəffər əsgərlərim Azərbaycandakı əsgərlərimin bayraqları ilə dağlar hilal ilə dolduğu halda da hələ sənin ad və nişanın ortaya çıxmadı.

Şah İsmayıldan Sultan Səlim Şaha

Üç məktubun gəldi. Cənnət məkan babanın zamanındakı yürüyuşümüz Zülqədirli Alauddövlənin küstahlığı üzündən idi. Yoxsa hər iki tərəfdən də dostluq və bərabərlikdən başqa bir şey görülmədi. O məmləkətlər xalqının çoxu əcdadımızın qiymətlisi idi.
Sonra o xanədan ilə qədimdən bəri sevgimiz var idi. Teymurilər zamanında olduğu kimi bir qarğaşalıq olduğunu istəməzdik.
Uyğunsuz sözlərə heç gərək yox. Bunların hamısı münşilərin fikirləri, icadları, uydurmalarıdır. Yazanların tiryək ilə qurumuş damağlarından çıxan sözlərdir. Buna görə möhürümüzlə möhürlənmiş qızıl bir kəməri Şah qulu ağa ilə göndərirəm.
Bu məktubu yazdığım vaxt İsfahan tərəfdə ovda idik. Bu cavabı həmən dostca yazdığ və sizə qarşı durmaq üçün hazırlığlara başladıq. Artıq istədiyinizi edərsiniz.
Əli övladları ilə savaşanlar özləri yox olub gedər. İş savaşla sonuclanacaq olursa onu gecikdirmək olmaz. Amma sonunu da düşünmək lazım.

Sultan Səlimin dördüncü məktubu

İsmayıl Bahadır, Allah şanını islah etsin. Uyulması vacib olan, cahan dəyərindəki hökmü şərifim sənə çatanda bilmiş ol ki, səadət qağıma göndərdiyin məktubdan “tez gəl, biz də gözləməkdən qurtulaq” dediyini anladım. İndi də biz zatımızdakı və yaradılışımızdakı cürəti hərəkətə gətirib uzaq məsafədən sənin üzərinə saysız əsgərimlə və fəth ayətləri yazılan bayraqlarımla mərhələlər və mənzillər keçib sənin idarəndə olan məmləkətə girdik. Sultan vəsfli, böyüklərin, üstün məzhəb sahiblərinin, qədri yüksək padşahların, idarə etdikləri məmləkətlər nigahlı qarıları kimidir. Erkəklikdən hissəsi və comərtlikdən hissəsi və içində bunlardan bir çəsarət payı olan kimsələrin bu əraziyə təcavüz etmələrinə təhəmmülü yoxdur.
Hal belə ikən zəfərlər qazanan əsgərlərim nə vaxtdır sənin məmləkətinə girib kef sürürlər. Amma sənin vücudundan bir nişan yox. Necə saxlanırsan ki, varlığın və yoxluğun bilinmir. (Farsca bir neçə misra qoyaraq əbədi həyatın mərdlikdə olduğunu ifadə etmiş)

Göstərişli bir cəsarətə kimin ehtiyacı olduğuna bu hallar tamamən şahiddir.
İndi olacaq budur ki, bu günə qədər səndən heç bir hərəkət olmamışdır. Bundan sənin cəsarət və qəhrəmanlığın anlaşılır. Etdiyinin tamamilə hiylə olduğuna şübhəm yoxdur. Bu göstərişli cürət ancaq ayıbını örtər, başqa şey olmaz. Sənin mübtəla olduğun dərdin davasını bilirsən. Öylə şeylər kullanmakla qəlb qüvvətlənirmiş.
İndi sən çox təcrübə etdiyini təkrar kullan ki, qarşı çıxmağa cəsarətin ola. Bilirsən ki, tərəfimizdən sənə çox yardım edilmişdir.
Sənin qəlbindəki zaafı yenmək üçün əsgərimdən 40 minini ayırıb Qayseri ilə Sivas arasında qalmalarını əmr etdim.
Düşmənə lütf bu qədər olur, bundan fazla olmaz. Əgər bundan sonra da köhnə qərarın kimi bir küncə çəkilib gizlənərsən ərlik də sənə haramdır.
Miğfər yerinə micər (qadın baş örtüsü) zırh yerinə çadır (çadra) geyinib, sərdarlıq və komandanlıq həvəsindən uzaqlaş. (920-1514 agustos)

Mənbə: Haydar Çələbi- Ruznamə.

MariaTudor.com saytında tarixə səyahətə davam:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir