Səyahətnamələrdə Ruslar (X əsr)

Səyahətnamələrdə Ruslar (X əsr)

İbn Fazlan belə yazır: Ticarət üçün İdil çayı sahilindəki bazara gələn rusları gördüm. Onlardan daha boylu postlu insanlar görməmişdim. Hər biri xurma ağacı kimi uca, sarışın və gürbüz insanlar. Dırnaqlarının ucundan boyunlarına qədər bütün bədənləri yaşıl döymələrlə və digər şəkillərlə doludur.

Hər gün bir dəfə üzlərini və başlarını ən mundar su ilə yuyurlar. Belə ki, hər sabah bir cariyə qız böyük bir qabda su gətirir. Bunu sahibinin önünə qoyar. Sahibi bu qabın içində əlini, üzünü yuyra və saçlarını darayar. Sonra suya sümüyünü və tüpürcəyini atar. Xülasə, suyun içinə atmadığı pislik qalmaz. İşi bitəndən sonra cariyə su qabını alıb yanındakılara ötürür. Bu adam da əvvəlkin təkrarlar. Cariyə bu formada qabı birinin önündən alıb digərinə qoyur.

Rusların böyüklərindən biri öldü. Onu yandırdılar. Yanımda ruslardan biri vardı. Tərcüməçiyə bir şeylər söylədiyini eşitdim. Tərcüməçidən nə dediyini soruşdum. Tərcüməçi “siz ərəblər axmaqsız” deyir. Nə üçün? dedim. Rus, “siz ən çox sevdiyiniz adamı torpağa verirsiz, onu torpaq, həşərat və qurdlar yeyir. Biz isə belə kimsəni yandırırıq. Həmin an cənnətə girir.” dedi. Sonra qəh-qəhə ilə gülməyə başladı. Niyə güldüyünü soruşdum. Cavabında, “Rəbbi onu çox sevdiyindən, anında yanına almaq üçün külək göndərdi.” dedi.
Mərvəzi ruslar haqqında belə məlumat verir:
Ruslar dəniz ortasında, genişliyi və uzunluğu üç günlük yol olan bir adada otururlar. Rusların sayı çoxdur. Həyatlarını və keçimlərini qılıncla təmin edərlər. Onlardan qızları və oğulları olan bir adam ölsə malını qızlarına verirlər. Oğullarını qılınclarıyla baş başa buraxarlar. ” Babanız malın qılıncla qazanırdı. Ona uyun, ona layiq olun” deyirlər. Hicri 300-cü ildə illərdə xristiyan olana qədər onların yaşayış tərzləri bu şəkildəydi. Xristiyanlığı qəbul etdikdən sonra, dinləri onların qılıncın qınlarına soxdu. Qazancları kəsildi. Zərərə uğradılar. Həyatları çətinləşdi. Bunun üzərinə müharibənin mübah olmasından dolayı islama girib vəziyyətlərini düzəltmək istədilər. Hökmdarlarının yaxın adamlarından dörd nəfəri elçi sifətiylə Xarəzmə göndərdilər. Onların müstəqil və Vladimir ünvanını daşıyan bir hökmdarları var. Necə ki, Türk hökmdarı Xaqan, Bulqar hökmdarı da Biltivar adlanır. Elçilər Xarəzmə gəlib vəziyyəti anlatdılar. Xarəzmşah çox sevindi. Onlara islamı öyrədəcək adamlar göndərdi. Onlar da müsəlman oldular. Ruslar qüvvətli kimsələrdir. Müharibə etmək üçün çox uzaq yerlərə piyada gedirlər. Xəzər dənizinə səfər edərək bir müddət Bərdəni itaətdə saxladılar. Onların qəhrəmanlığı məşhurdur. Hətta onlardan bir kişi digər millətlərdən bir neçə kişiyə bərabərdir. Əgər at bəsləyib süvari olsalar insanların başlarına bəla kəsilərlər.

MariaTudor.com saytında tarixə səyahətə davam:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir