Səlcuqların Dini Siyasəti

Səlcuqların Dini Siyasəti - MariaTudor.com

Səlcuqlar Sünni Samanoğulları dövlətinin hakimiyyəti dövründə Mavərunnəhrdə meydana çıxmışdılar. Samanoğullarının ordusunu və xalqın çox hissəsini türklər təşkil etməkdə idi. Samani əmiri İsmaili məzhəbinə meyl edincə türk komutanlar onu taxtdan endirməkdə tərəddüt etməmişdilər. Türklərin islamı qəbul etməsi həm türklər üçün, həm də islam dünyası üçün  çox önəmli bir hadisədir. Türklər Orta Şərqə gələrkən islam aləmi iki yerə bölünmüşdü. Türklərin bu yerlərdə məskunlaşması sünni islamı gücləndirdi. Səlcuqlar, islamın hamisi olmaqla qalmamış, İran və İraq çoğrafiyasına hakim olduqdan sonra, bu bölgənin keçmiş hakimi Deyləmlilərin şiəliyi qəbul etməsinin əksinə, sünniliyi və onun Hənəfi yorumunu mənimsəyərək, bunun uğrunda cihad edəcək qədər səmimi davranmışdılar. Türklərin Hənəfi məzhəbini qəbul etməsinin səbəbi bu məzhəbin digər məzhəblərdən fərqli olaraq islama yad millətlərin adət ənənələrinə toxunmaması, qadınlar və qeyri müsəlmanlar haqqında daha yumşaq durum sərgiləməsi idi.

Ravendinin məlumatına görə Əbu Hənifə hacc əsnasında, “ictihadım doğru, məzhəbim haqq isə mənə yardım et” deyə Allaha dua etmişdi. Xəfif bir səs tərəfindən “Haqqı doğru söylədin, qılınc türklərin əlində olduğu müddətdə, məzhəbin zəlil olmayacaq” şəklində cavab verilir.

Səlcuqlular dönəmində Mötəzilə əqidəsi də öz mövcudluğunu qoruyub saxlayırdı. Bunun səbəbi bəzi Hənəfi mənsublarının etiqadda Mötəzilə görüşünü mənimsəmələri idi. Sultan Toğrul və Alp Arslanın vəziri olan Amidilmulk Kunduruni belə şəxsllərə misal çəkmək olar. Bu vəzir Şafiləri və Əşariləri sevməzdi. Sultan Toğruldan Xorasan minbərlərindən rafizilərə lənət oxuma izni alan Kunduri, Şafi və Əşariləri də bu hökmə daxil etmişdir. Bu üzdən fitnə çıxmış, bir çox sünni alim işgəncəyə məruz qalmışdır. Sultan Alp Arslanın dövründə vəziyyət düzəlmişdir. Sultan xalqın Kunduriyə olan meylini görüb, onu həbs etdirib öldürmüşdür.

Sultanları tərəfindən iltifat görən mötəzilə alimlərindən biri Əli ibn Həsən əs Sandalidir. Sultan Məlikşah bu alimi Nişapur məscidində görmüş və niyə onu görməyə gəlmədiyini soruşmuşdur. O da cavabında,” məliklərin xeyirlisi, üləmanın ayağına gedəndir, üləmanın şərlisi də məliklərin ayağına gedəndir, belə biri olmaq istəmədim”demişdir.

Bəzi məqamları istisna etsək, ümumiyyətlə götürsək Səlcuqlar sünniliyin hənəfi məzhəbinə üstünlük vermişdilər. Son dərəcə dindar bir şəxs olan və “Mən özümə bir saray tikdirsəm. onun yanında məscid tikdirməsəm Allahdan həya edərəm” düşüncəsində olan Toğrul bəy, 1047-ci ildə Buveyhi dövləti ilə sülh bağlarkən vasitəçi olaraq Hənəfi alimi Əbu Məhəmməd Əl Buxarini görəvləndirmişdir. Alp Arslan da bu alimin arxasında namaz qılır, səfərlərə onunla gedərdi.

Sünni dünyanın liderliyini ələ keçirən Səlcuqların həll etmək zorunda olduğu məsələlərdən biri də qurulduğu gündən siyasi bir xarakter alan şiəlik məsələsi idi. Xüsusilə də, şiəlik X-XI əsrlər də Buveyhi və Fatimilər dövlətinin timsalında güclənmiş, İsmailiyyə məzhəbi sünniliyə qarşı açıq hücuma keçmişdi. Alp Arslan dönəmində bu hərəkata qarşı bir sıra tədbirlər görülmüşdü. Şiə propaqandasının qarşısını almaq üçün Alp Arslanın şafi məzhəbindən olan vəziri Nizamülmülk, sultanın yardımları ilə Nizamiyyə mədrəsəsini açmışdır. Bu yolla sünniliyi elmi yolla qüvvətləndirməyi qarşısına məqsəd qoymuşdur.

Bu dövrdə daha az yayılan məzhəb Hənbəli məzhəbiydi. Bunun səbəbi digər məzhəblər dövlət tərəfindən dəstək gördükləri halda, Hənbəli məzhəbi bundan kənarda qalmışdır. Hənbəliliyi yayacaq din adamları yox idi. Bir digər səbəbi isə bu məzhəbin şiddətə meyilli olması idi. Bidətlərə ( Bidət-İslama Peyğəmbərin ölümündən sonra əlavə edilən şeylər)  heç təhəmülləri olmayan Hənbəlilər, “əmri bil marüf və nəhyi anil münkər” şüarını irəli sürərək insanlara basqı etmişdilər. “Mihnə” hadisəsində zorakılığla üzləşsələr də, amma özləri də sonrakı dönəmlərdə şiddətə baş vurmaqdan çəkinməmişdilər. Həmbəli məzhəbinin geniş yayıldığı bölgə Bağdad və ətrafı idi. Əsasən X əsrdə meydana çıxan və özlərini “Sələfiyyə” görüşü adlandıran kəsim daha çox Həmbəli çəzhəbindən dəstək almışdır. Dində əqli və məntiqi dəlillərin yunan fəlsəfəsinin təsiri ilə soxulduğunu iddia edərək bunları islama zidd elan etdilər. Səlcuqlardan öncə də Hənbəlilər 934-cü ildə Bağdaddakı komutanların evlərinə hücum etmiş, içki şüşələrini sındırmış,çalğı alətlərini qırmışdılar. Küçələrdə qadın və kişilərin birlikdə gəzmələrinə müdaxilə etmişdilər. Hənbəlilər ən çox şafilərlə, dolayısı ilə əşarilərlə düşmən idilər.

Heratda yaşayan Hənbəli alimi Abdullah əl Ənsari (ölümü 1088) dövrünün bir çox alimləri ilə müzakirələrə girmiş, görüşləri səbəbi ilə, bir çox əziyyətlərə məruz qalmışdır. Müzakirələrdəki məharətinə görə digər məzhəb alimləri tərəfindən Sultanın gözündən salmaq üçün ona qarşı hiylə qurulmuşdur. Abdullah-əl-Ənsarinin məsciddəki səccadəsinin altına kiçik bir heykəl saxladıqdan sonra, onun mücəssəmə olduğu və Allahı heykəl kimi təsəvvür etdiyinə dair sultana şikayət etmişdilər. Sultan Alp Arslan alimi hüzuruna çağırtdırmış, heykəli göstərib soruşmuşdur”: Bu nədir?” Alim çox sakit bir şəkildə “O oyuncaq bir heykəldir” demişdir.  Sultan qəzəblə bu alimlər “sənin bu heykələ ibadət etdiyini söyləyirlər” dedi. Ənsari iddiaçıların yalan söylədiyini anlatmışdır. Sultan alimin iftiraya məruz qaldığını anlayaraq alimi sayğılı bir şəkildə evinə yollamışdır. Sultan ona iftira atan alimləri xəzinəyə çoxlu pul ödətməkə cəzalandırmışdır.

Abdul-Halik Ğücdüvani bir türk təriqəti olan, türklər arasında geniş yayılan Nəqşibəndi təriqətinin qurucularındandır

Səlcuqlar sünni dünyasının liderliyini ələ almadan öncə, islam dünyasında siyasi, məzhəbi və fikri parçalanmanın yanında, tasavvuf sahəsində də islam dışı sufilik anlayışları da mövcud idi. Xüsusilə, Şiə-Fatimilər vasitəsi ilə  yürüdülən və Sünni dünyanı yox etməyi qarşısına məqsəd qoyan siyasi və fikri fəaliyyətlərin yanına islam dışı sufilik cərəyanları da qatılmışdır. Şiə qaynaqlı fikirlərdən təsirlənən bəzi sufilər, islamın batini yozumlarına yönəlmiş, dinin zahiri hökmlərinə önəm verməyəcək, onların keçərsizliyini qəbul edən nöqtəyə qədər irəli gedib, insanların kafasını qarışdırmışdılar. Şiə qaynaqlı düşüncələrin yanında, Hind fəlsəfəsindən təsirlənən bəzi qruplar da hülul, tənasüh düşüncələrinə yönəlmişdilər. Bəhs edilən bu islam dışı görüşlərin çürüdülməsi üçün Səlcuqlu sultanları alimlərə dəstək vermişdilər.

X-XI əsrlərdə güc qazanmış olan Şiəlik və Mötəzilə fikri Slcuqlar və onların açdığı Nizamiyyə mədrəsəsində yetişən sünni alimlər tərəfinən geri püskürtüldü.

Səlcuqların Şiə Siyasəti

 Buveyhi şiə dövlətinə adını verən Əbu Şuca Buveyhin babası və dədəsi Deyləm xalqının yoxsul təbəqəsinə mənsub sıradan bir kişi idi. Öncələri məcusi və bütpərəst olan Deyləmlilər X  əsrin başlanğıcında  islamı qəbul etmişdilər. Aşura mərasimi, Qədir Xum bayramlarını 963-cü ildən qeyd edilməyə başlanmışdır. Buveyhilər dönəmində İmamiyyə əqidəsi böyük etibar qazanmış, önəmli şiə alimləri bu dövrdə yetişmişdir. Əbu Kalicar dönəmində isə Buveyhilər məzhəblərini dəyişərək İsmailiyyə məzhəbinə keçmişdilər. Sünnilər isə bu dövrdə Qəznəvi dövlətindən yardım istəməyə başlamışdılar. Qəznəvilər Hindistanda Multan bölgəsində yuvalanmış Karmatilərə qarşı səfərlər düzənləmişdilər. Səlcuqların güclənməsi ilə Buveyhi dövləti zəifləməyə başladı. Nəhayət ki. səlcuqların Bağdada girişi ilə Buveyhi dövlətinə də son qoyuldu.

Digər tərəfdən Fatimilər 972-ci ildə Əl Əhzər unversitetini açdırmışdır. Burada çoxlu şiə alimlər yetişdirilmişdir. Xüsusi ilə, əl Əzizin yəhudilikdən dönmə vəziri Yaqub ibn Kullis bura 37 alim təyin edərək,bunlara şiə fiqhi üzərinə təhsil verdi.

Şiə-sünnü çatışmasının ən kəskin şəkildə yaşandığı yer Hicaz bölgəsiydi. İslamın müqəddəs məkanlarının burada olması səbəbi ilə hər iki məzhəb buralara hakim olmaq istəyirdi. Fatimi xəlifəsi Əl Hakim dönəmində şiələrin kin duyduqları ilk iki xəlifənin Əbubəkrin və Ömərin qəbrini açıb təhqir etmək təşəbbüs etmişdilər.

Hicaz bölgəsindəki xütbələr Tulunoğulları və İhşidoğulları zamanında  Abbasi xəlifəsi adına oxunmuşdur. Buveyhilər zamanında 949-cu ilindən etibarən Hicazda Hz. Əlinin oğlu Həsən və qardaşı Cəfər Təyyarın övladları arasından məhəllə rəisləri seçilirdi. Rəislik üzündən zamanla bu iki ailə arasında davalar çıxmış, qan tökülməsinə qədər davam etmişdir. Bu frsətdən istifadə edən Fatimi xəlifəsi Muiz qan davalarında ölənlərçin qan pulu ödəmiş, tərəflər arasında barış yaratmışdır. Muiz 973-cü ildə məğribdən Misirə keçərək Fatimilər dövlətinin paytaxtını Qahirəyə köçürtdü. Harameyn şərifləri 973-cü ilə qədər xütbələri onun adına oxudular. Əl Əzizin ölümündən sonra yerinə keçən oğlu əl Hakim 1004-də Məkkə əmiri Əbul Futuha elçi göndərərək Peyğəmbərin bəzi xanımlarına və səhabəyə minbərlərdə lənət oxunmasını istədi. Bu durum Əbul Fütuha ağır gəlsə də buna rəğmən, hacc mövsümündə Xatib minbərə çıxıb lənət oxumaq istəyəndə xalq minbəri parçaladı. Əbul Fütuh xalqı özünə tabe edərək Fatimilər əleyhinə üsyan qaldırdı. Ərəb qəbilələrini öz tərfinə çəkmək istəyən Fatimi xəlifəsi buna nail ola bilmədi. Sonunda Əbul Futuhu Məkkə valisi kimi tanımağa məcbur oldu. Hicazda ortaya çıxan Fatimi üstünlüyü çox davam etmədi. Səlcuq hökmdarı Məlikşahın dövründə “Tavil” ləqəbi ilə tanınan əmir Cenfel ət Türki Kutluğ ibn Guntəkin hacc əmiri oldu. Bu şəxs Hacc əmiri vəzifəsini yerinə yetirən ilk türkdür.

Səlcuqların savaşmaq zorunda olduğu Şiə qaynaqlı cərəyanların başında Batinilik gəlir. Tarixdə müxtəlif adlarla bilinən İsmailiyyə firqəsi, səlcuqların ölkəsində daha çox Batiniyyə və ya təbliğat aparan Həsən Sabbahdan dolayı “Sabahiyyə” olaraq tanınmışdır. Batiniliyə görə, quran və hədislərin bir açıq, bir də gizli mənası vardır. Bu gizli mənanın ancaq Allah tərəfindən seçilmiş məsum bir imam tərəfindən izah ediləcəyini söyləyirdilər. Batinilər yerin və göyün 7 qat olmasını, həftənin 7 gün olması kimi bilinən şeyləri yozaraq, imamların da sayının 7 olduğuna inanmaqdaydılar. Bu əsası yunan fəlsəfi məktəbi Pifaqorçulardan mənimsəmişdilər. Nizammülmülk kimi  şöhrətli bir vəziri öldürmələri Batinilərin güç göstərməsi idi.

Xəlifə tərəfindən Batinilərin fikirlərini çürütməklə görəvləndirilən, ən böyük mücadilə verən alim imam Qazalidir. Onun bu sahədə ən məşhur əsəri “Fədaihul Batiniyyə” adlı əsəridir. Nassları ikinci plana ataraq əqli metodlardan istifadə edərək xalq üzərində təsirli olan Batinilərə cavab vermişdir.

Karmatilik: Səlcuqların mücadilə etmək məcburiyyətində olduğu şiə qaynaqlı cərəyanlardan biridə Karmatilikdir. Karmatilərin ortaya çıxdığı Kufə ilə Basra arasındakı bölgə Ərəb, Sudan və Nəbat mənşəli insanların yaşadığı bir yer olub, əksəriyyəti yoxsul insanlardan ibarət idi. İsmailiyyə firqəsinin önəmli lideri olan Abdullah ibn Meymunun 874-cü ildəki ölümündən sonra, onun tələbəsi olan Hamdan Karmat, bu bölgədə öz adını verdiyi dəvəti yaymağa başladı. Məcusi inanclarını islami boyayla boyayaraq müxtəlif təvillər-yozumlar edərək, islamın haramlarını halal durumuna gətirmişdilər. Karmatilərin öndə gələn missionerlərindən biri olan əs Sanadiki, Yəmənə getmiş və orada “Darüs-Safvet-Saflıq Yurdu” adını verdiyi bir yer qurmuş, qadınlara kişilərlə bərabər  qarışıq halda olmalarını əmr etmişdir. Bu birləşmələrdən doğulan uşaqlara “Əvladüs-Safvet”(Saflıq övladları) adını vermişdilər. Əsas düşüncə islami əsaslara düşmənlik olduğu üçün islama muxalif olan hər bir şeyi sistemlərinə daxil etmişdilər. Kufə yaxınlarında bir mərkəz inşa edərək burasını dəvətinin mərkəzi halına gətirdi. Xalqın yoxsulluğu və pozuk sosial quruluşdan istifadə edərək, qısa müddətdə, mal və qadın ortaqlığına söykənən bir təşkilat qurdu. Məcusilik əsaslarına dayanan Sabiilik, Manilik, Məzdəkilik kimi islam öncəsi inanclarla sintez olunan Karmatilik, Abbasi xəlifəliyinə düşmənliyi əsas prinsip halına gətirən firqələrin başında yer alır.

Karmatilərin önəmli liderlərindən olan Əbu Said əl-Cənnabi, 899-cu ilində Bəhreyn bölgəsində paytaxtı Əl Əhsa olan bir dövlət qurmağı bacardı. Xilafətin yıxılacağı, yerində məcusi dövlətinin qurulacağına inanan, Karmatilərdən bir qrup ər Rusafə şəhərinə girərək buradakı  bütün məscidləri yandırmışdılar. Eyni məntiqlə hərəkət edən Əbu Tahir Suleyman adlı Karmati rəisi də Əl Əhsadan hərəkət edərək Kufə və Basranı ələ keçirmiş, 927-ci ildə Məkkəyə girərək Kəbədə təvaf edən hacıları öldürmüş, qətl etdiyi insanları Zəmzəm quyusuna atmışdır. İşğal olunmuş bölgələrin əhalisi  Səlcuqları köməyə çağırdı. Yardım istəyini olumlu qarşılayan Məlikşah Karmati hakimiyyətini bitirmək üçün hərəkətə keçdi. Güclü səlcuq komutanı Artuk bəyin düzənlədiyi ikinci Karmati səfərində Karmatilərin bölgədəki varlığına son qoyulmuşdur.

 

 

 

MariaTudor.com saytında tarixə səyahətə davam:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir