Səfəvilərdən öncə əhalinin dini görüşləri

Səfəvilərdən öncə

İranın dini xəritəsi XV əsrin sonlarına yaxın bu şəkildəydi: Fars; İranın içəri bölgələri olan Qum, Mazandaran, Xorasan şiə məzhəbli, Kürdistan, Şərqi Xorasan və Gilan isə sünnülərin sıx şəkildə yaşadığı bölgələr idi. Ancaq Şah İsmayılın çıxışına qədər bü bölgü o qədərdə hiss olunmurdu. Çünki oları tasavvuf kimi birləşdirən bir sıra ortaq ünsürlər vardı ki, ədəbi əsərlərdə də öz əksini tapmışdır.
Şiə motivlərinin əsas anlamda Anadoluya girməsindən öncə, İsmailiyyə şiəsi ideyalarının və Həsən Sabbahın Alamut qalasını zəbt edərək qurduğu İsmailiyyə dövlətinə bağlı xəlifələrin bu bölgədə təbliğat apardığını bilirik.
Qızılbaş termini hər nə qədər XV əsrin sonlarına yaxın istifadə edilməyə başlansa da, bunun bir tarixi olduğu dəqiqdir. İslamiyyət, Türklər hələ Orta Asiyadaykən İran mədəniyyətinin mərkəzi olan Xorsan yoluyla gəldi.Türklərin IX əsrdən sonra islamı qəbul etmələri ilə bu yeni din, onların rəsmi dini halına gəldi. Səlcuqların xı əsrin yarısında Sünnü İslamı mənimsəmələri ilə türklər, İslam dünyasında sünnü islamın qoruyucuları olaraq görülməyə başladılar. Ancaq islam Mavərunnəhr bölgəsində yerləşən xalqa mədrəsələrdə kitaba uyğun bir şəkildə öyrənilirkən, köçəri tayfalar üçün eyni şey olmadı. Əsasında Şamanizm, Buddizm və Manheizm kimi mistik dinlər duran köçəri türkmənlərin köçəriliyinə görə islamı kitaba uyğun ğyrənmə imkanları yox idi. Ona görə qəbul etdikləri bu dini köhnə mistik dinləri ilə transformasiya edərək yaşamağa başladılar.Bu dinin başlanğıcda isna-aşariyyə ideyaları ilə heç bir əlaqəsi yox idi. Köhnə türkmən inancları və bir tərəfdən də İran sufiliyinin təsiri ilə din heterodoks vəziyyət almağa başladı. Osmanlı dövləti qurulan ərəfədə xalqın bir qismi heterodoks islamı yaşamaqda idi.
İndi Azərbaycandakı vəziyyətə nəzər salaq: Azərbaycan Arxeologiyasi kitabında bu cümlələr diqqətimizi çəkir.”IX əsrə qədər Azərbaycanda heç bir arxeoloji qəbir üstü abidəyə rast gəlinmir. Bu yəqin ki, islamın müsəlmanın qəbri bilinməməlidir prinsipinə əməl edilməsi ilə bağlıydı.Sonrakı dönəmdə sufi təriqətləri- Səfəviyyə, Xəlvətiyyə, Nəqşibəndilik və s.yayılması, türk tayfalarının axını, onlarda ata kultu inancının olması nəticəsində, Azərbaycanda türbələr geniş yayılmağa başladı.
XIII-XIV əsrin qovşağında Hulaki xanı Qazan xanın islamı qəbul etməsi, şiələri öz tərəfinə çəkməkcin hətda Pir Yaqub Bagestani adlı bir şairdən istifadə edərək təbliğat aparması, işi bitdikdən sonra bu şairi qayadan atıb öldürməsidə məlumdur.( Spuler,1987Ondan sonra hakimiyyətə gələn Məhəmməd Olcaytu din dəyişmələri ilə məşhur olmuşdur. Buddizmdən sünnülüyə,şiəliyə, ömrünün sonlarına yaxın şamanizmə girdiyi söylənilir.

İndi gəlin XIV əsr mənbəsi Nuzhət-əl-Quluba baxaraq Azərbaycanın o zamankı dini xəritəsini cızaq:
Təbriz-əksəriyyəti şafi məzhəbindədir,digər dinlərdə vardır
Ərdəbil müridlərindən bəhs edərkən “əksəriyyəti şafi məhzəbindən olub, Şeyx Səfiəddinin müridləridirlər.
Ucan-əhalisi ağ çöhrəli,şafi məzhəbidir,isəvilərdəndə vardır
Şahrud-əhalisi deyirlər şafi məzhəbindədir,amma məzhəbləri yoxdur,çox pis tayfadılar.
Meşkin-şafi və hənəfi məzhəbindədir,
əhər- kiçik şəhərdir,havasi soyuqdur,əhalisi şafi məzhəbindədir
Kəlibər (Təbriz yaxınlığında)-əhalisi talışlar və türklərdi,hər ikisi şafi məzhəbindədi
Səlmas- əhalisi təmiz sünnü dinindədir,kürdlərlə aralarında həmişə ədavət vardır
Urmiya-əhalinin çoxu sünnü dinindədi
Aşnviye-əhali sünnüdür,120 kəndi var
Sərab-əhalisi ağ çöhrəlidi,sünnü məzhəbindədilər və qarınquludurlar
Marağa -əhalisi hənəfidir
Naxçıvan-çoxlu vilayətləri vardır,əhalisi ağ çöhrəli və şafi məzhəbindədirlər
Güştasfi (indiki talış bölgəsi)dərya kənarında yerləşir,əhalisi ağ çöhrəlidir,dilləri pəhləvi gilanidir
Qeyd edək ki, kitabın yazarı İranlı tarixçi Həmdullah Mustovfi özü şiə məzhəbinə bağlıydı. Onun doğulduğu şəhər olan Qəzvin şəhəri XI əsrdə Nasir Xosrovun məlumatına görə Alevi hakim tərəfindən idarə olunurdu. Amma o zamanlarçın alevi kəlməsinin etiqadı anlam daşımadığını da nəzərə almalıyıq. Həzrəti Elinin soyundan gələnlərə verilən bir ünvan idi.
Həsən bəy Rumlunun “Əhsənut Təvarix”əsərində (səhv.365) Təbrizin tutulmasından sonra yazır ki, ” o zaman camaatın haqq olan cəfəri məzhəbindən xəbərləri yox idi. Çünki imamiyyə fiqhinin kitablarından ortada heç nə yox idi. Ona görə də dərin bilikli alimlərin sultanı Şeyx Cəmaləddin Mütəhhər Hillinin əsərləri cümləsindən olan və şəriətin pənahı Qazı Nəsrulla Zeytuninin şəxsi kitabxanasına mənsub olan ” Qavaidi islam” kitabının birinci cildini dinlərini öyrənmək üçün istifadə etdilər.

MariaTudor.com saytında tarixə səyahətə davam:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir