Qızıldərililər

Qızıldərililər - MariaTudor.com

Tədqiqatçılara görə, Kolumbun Amerkaya ayaq basdığı tarixdə burada yaşayan qızıldərililərin sayı 30-50 milyon arasında idi. Az deyənlər isə bu rəqəmi 10 milyon ilə sınırlandırır.
Kolumbun gündəliyində Amerikanın yerlilərindən heyranlıqla bəhs edilir: Dünyada onlardan şirin dilli insanlar yoxdur, hər zaman gülürlər. Son dərəcə dürüst, əliaçıq insanlar. Nə istəsən verirlər. Başqalarını özlərindən artıq sevirlər. Onlardan yaxşı xidmətçi çıxar. Əlli nəfərlik dəstə ilə onları asanlıqla tabe edə bilərik. Nə istərsək edərlər.

Bartolamey de Las Kasas yerli xalqa xristiyanlığı təbliğ etmək üçün Amerikaya gedən bir papazdır. Qızıldərililərin haqlarını qorumuş, onların lehinə qərarlar çıxarda bilmişdir. Onun qeydləri faciənin boyutunu bizə göstərir.
Qızıldərililərin yardımı olmasaydı Avropalılar burada yerləşə bilməzdilər. Morqan yazır ki, qızıldərililər ingilisləri yalnız buraxmaqla onların işini bitirə bilərdilər. Amma onlar bunu etmədilər və qədərlərini yazmış oldular.
Dominikan keşişlərinin yazdığı bir qeyddə İspaniya əsgərlərinin südəmər uşaqı olan hindu qadının körpəsini əlindən alıb köpəklərə atması yazılır. Məhkumlar arasında yeni doğum yapan qadının körpəsi ağlarsa onu alıb daşlara çırpardılar.
Qaçan qızıldərililərin arxasıyca ov itləri salınırdı. Oradaca parçalanırdılar.

Vali Vilyam Bradford bir çox qızıldərilinin çiçək xəstəliyindən acınacaqlı şəkildə öldüyünü yazır. Narraqansetler və Vampaonaglar kimi qəbilələr 1675-76-cı illərdə Kral Flipp müharibəsi kimi bilinən savaşda öldürüldülər.
İspaniyalılar təlim görmüş köpəklərlə qızıldərili kəndinə girdilər. Qaça bilməyən xəstə bir qadın köpəklərdən qurtulmaq üçün özünü iplə tavana bağladı, uşağınıda ayağına bağladı, ancaq köpəklər uşaqı parçaladılar.

Yerliləri evlərə həbs edib onları diri-diri yandırırdılar. Sırf zövq üçün əlləri, burunları, qulaqları kəsilirdi. Bir dəfəyə qızıldərilinin başını kəsə bilərəm deyib şərt kəsirdilər. Ov köpəklərinin ac olduğunu düşününcə qızıldərili uşaqlarını parçalayıb köpəklərə yedirdirdilər.
Qızıldərili uyğarlıqlarını dağıdan faciənin bir səbəbi bilmədikləri şeylər deyil, bildikləri və ya bildiklərini sandıqları şeylərdi. Günəş tanrısı və ya onun oğlu, o ağ saqqalı, ağ tənli övliya bir zaman rahibləri olmuş, sonra da günəşin batdığı yerə getmiş yenə gələcəm demişdi. Azteklərin 52 il dönemli esr inanclarına görə her yeni gelen il ya felaket getirer ya da müjdeyle geler. 1519 belə bir dönəm idi. Meksikanin şerqinden evliyalarin geri geldiyi xeberi gelmişdi. Həm də gah 4 ayaqli heyvana gah da iki ayaqlı insana bənzədiyi söylənilirdi. Yəni ata minib düşürdülər. Astek imperatoru Moktezuma özünü günəş soyundan bilirdi. Əqrabalarına hörmət göstərilməsini əmr etdi.

Hernan Kortez Meksikani beləcə fəth etdi.
Kolumbun Amerkaya ayaq basmasindan keçən 150 il ərzində ölən qızıldərililərin sayı iki dünya savaşında qətl edilənlərin sayından çoxdur. Orta və Cənubi Amerkada 15 milyon oldular.16-cı yüzillikdəki sayları 5o milyon olduğunu nəzərə alsaq əgər o soyqırım olmasaydı sayları bir neçə 100 milyon olmalıydı.

Türklər və Qızıldərililər

Dumezil inkaların keçua dilindən bəzi kəlmələri türkcəylə qarşılaşdrmışdır.

  • Tuka (Keçuaca) tükürmək (türkcə)
  • Paku — Bak kayık–Cənubi Amerikada kayak (Qayıq yəni)
  • Khapao– Kaba Ak kapı—–Ak Kapana (İnk saray qapısı)
  • İpa—apa, aba (türkcə)abla mənasında cəhənnəm qədim türkcədə tamu—qızıldərililərdə Tano
  • Ku—ko, koymak ata—-əcdad, ata(ink imperatoru Ata-Hulpa)
  • Kaşa (qış gecəsi donu)–kış (türkcə) kun—gün
  • Kuli( kül)—–kül (türkcə) Hun——on (10)
  • Kalı—kalın it— (asteklərin tüksüz köpəyi) it zcu intli
  • Karvin-karın kis-kız
  • kasa–kes(mek) mi?———türkcə mi
  • Tavğa–tağ,dağ
  • Takhıla-tağıl, dağılma
  • Khipu–ip la(şəkilçi)——-la
  • Çur—Dur tak—ta ki(türkcə)
  • as—az

Çuvaş türkcəsində sayları keçua dilindəki saylarla müqayisə etmişdilər. Çuvaşca taval (4) – keçua dilində tava, ulta (6) – keçua dilində halta və s. Monqollarda 4 rəqəmi istisna olmaqla qalan saylar türk dillərində yoxdu. Nigen, goyar, Hurban, Dörben, Tabun, Jirhuhan monqol rəqəmləridi. Gördüyünüz kimi 4-dən başqa heç biri türk dillərinə uyğun gəlmir.
*******************************************************
Vaşinqtonda 1875-ci ildə bir komissiya quraraq görüş yeri olan Ağ dərəyə getdilər. Bu heyət hər zamanki kimi yerlilərə şamanizmi tərk edib xristiyanlığa dəvət edən bir papazdan, bir general və tacirdən ibarət idi. Gündəmdə Qaratəpənin yerlilərdən alınması məsələsi var idi. Ən uzaq Sioux qəbilələrinə xəbər salındı. Böyük Şaman və Şef Oturan Buğa xəbərçiə belə cavab verdi: Get və söylə ki, satılacaq tək bir torpağımız yoxdur. Əyilib yerdən bir ovuc torpaq alıb sovuran şaman əlavə etdi: Bu qədər belə yoxdu. Amerikalılar Qaratəpə üçün Siouxlara 6 milyon dollar təklif edirdilər. Oysa Qaratəpədə tək bir mədən 500 milyon dollar gəlir verirdi. Sonuc olaraq aralarında savaş çıxır. Qızıldərililər ilk başda zəfər qazansalar da nəticə olaraq təbii ki, ingilislər qazandı.

MariaTudor.com saytında tarixə səyahətə davam:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir