Panərəbizm və Türklər

Panərəbizm və Türklər

Bir hədisdə: Türklərlə əlaqə qurmayın, əgər sizi sevərlərsə sizi yeyərlər, yox sevməzlərsə sizi gəbərdərlər. Hədis nə dərəcədə səhihdir bilmirik, amma bu tip hədislər ərəb millətçiliyinin qaynağı olmuşdur. Türklər həqiqətən də istər Abbasilər xilafətində yüksək vəzifələrə gətirildikdən sonra, istərsə də Misirdə kölə kimi silahlı qüvvələri təşkil edəndən sonra yavaş yavaş hakimiyyəti əllərinə almışdılar.
1957 ilində bir Suriyalı dövlət adamının; “Əgər monqollar XIII yüzildə Bağdad kitabxanasını yandırmamış olsalardı, biz Ərəblər, elm və fəndə elə irəliləmiş olacaqdık ki, indiyə qədər çoxdan atom bombasını icad etmiş olacaqdıq. Bağdadın yağma və talan edilməsi bizi yüz il geri atmışdır” dediyini nəql edən bir yazar, bu görüşünə Türkləri də aid etmişir.

Qahirədə 1957 ildə toplanan bir elm qurultayında bəzi Ərəb elm adamları və örnəyin Şeyh Muhammed al-Banna adındakı bir şəriətçi, Kur’cın’in K. 41 Fussilət Surəsinin 53. ayətiylə, K. 55 Rahman Surəsinin 33. ayətindəki hökümlərə dayanaraq bu hökümlərdə hidrogen bombasının və planetlər arası uyduların sirrinin olduğu və əgər Türklər gəlib də Ərəb ölkələrini istila etməmiş olsalardı Ərəblərin, Ruslardan və Amerikalılardan öncə kosmosa adam göndərmə imkanını əldə etmiş ola biləcəylərini irəli sürmüşdür.

Türkləri barbar olaraq təsvir edən Muhammed Abduh, “Bu barbarların təsiri altındadır ki, İslamın intelektual tərəfi solmuş və pozulmuştur, çünki, bu barbarlar, İslamı sadəcə paltar kimi əyinlərinə keçirmişlərdir, ancaq İslamın heç bir zərrəsi onların ruhuna nüfuz etməmişdir” demişdir.

Ərəbin Osmanlı dövlətinə qarşı ayaqlanmasında və Türk boyunduruğundan qurtulmasında ən böyük rolu Vahhabiler oynamışdır. Vahhabi təsiri 19-cu yüzilin başlarında ilk nəticələrini verməyə başlamışdı. Daha III Səlim dönəmində, 1805 ilin də Əmir Muhamməd əl-Suûd, Məkkəni fəth etmiş və ilk iş olaraq camilərdə xutbələrin Padişah III. Səlim adına oxudulmasını dayandıraraq öz adına oxutmağa başlamışdır. O tarixlərdə Bağdadda olan
Fransız Konsulu Jean Raymond, bu hadisə səbəbi ilə bu sətirləri yazar:
“… keçən gün bir Vahhabî tərəfdarı, peyğəmbər ədasıyla mənə bunları söylədi: Xəlifəlik qoltuğuna bir ərəbin çıxdığını görəcəyimiz gün yaxınlaşmaqdadır; xilafəti qəsb edənlərin (yəni Türklərin) boyunduruğu altında yaşamağa lazımından artiq qatlandıq.
Qəribədir ki, xəlifəliyin ərəbdən qeyri xalqlara aid olmayacağı düşüncəsini sadəcə ərəblər və xüsusilə Vahhabîlər deyil, Abdülhamidin ilk taxta çıxışı tarixlərində İstanbulun başlıca camilərinin baş imamları belə müdafiə etmişdilər və bu mövzuda görüş və fikir birliyinə varmışlardı. Və şəriət qaynağlarında xəlifənin ərəb olması Vacibliyini göstərən əsasları xalqa yaymışdılar.
Abdülhamid öz mənafeyinə uyğun olmadığı üçün 1890 ilində bu cür yayınların ortadan qaldırılmasına qərar vermişdir.

Ərəbin TürkƏ qarşı bəslədyii nifrət 19. yüz illiyin ortalarında getdikcə artan bir şiddətlə gəlişməyə başlar. 1853 ilə 1858 illəri arasında Fələstindəki İngilis konsulu James Finnin xatirələrindən bu nifrətin dərəcəsini anlamaq mümkündür: “Ərəblər, Türklərdən diksinir və nifrət edirlər. Bu nifrətin kökləri çox qədimlərə, Ərəbistan’ın Türk hegemonluğu altına girməsi tarixlərinə enməkdədir.
Düşmənlıklərinin və qısqanclıqlarının səbəbi özlərindən olmayan bir irqin boyunduruğu altında olmalarını xatırlamalarıdır.
Ərəbə görə, ərəb irqindən birisinə aid olması vacib olan xəlifəlik məqamının, Orta Asiyadan enmiş bir irqə, yəni Türklərə keçməsi dözüləcək bir şey deyildir. Ərəb, yüzillər boyunca sırf zor altında Türk padişahına xəlifə olaraq boyun əymiş və milliyətçilik düşüncəsinin canlanması sonucu olaraq Türk xəlifəsinə qarşı üsyan yollarını axtarmışdılar. Türkü oğru, soyğuncu və xain kimi təsvir edərkən və Türk padişahına xan deyiminden lağ olaraq xana de-
yimini yaraşdırmışdı. (xana deyimi, ərəbcədə xəyanət edən, aldadan anlamına gəlməktədir), Türkü xilafət məqamını oğurlayan irq olarak tanıtmışdır.

Əli Seyid Əmir öz “Spiril of İslam” adlı kitabında belə yazır:
İslama sonradan girmiş olan fars, türk, bərbərlərin özlərinə məxsus adətləri olması səbəbilə islamda ağıla üstünlük vermək yasaqlanmış və dövlət anlayışı zərər görmüşdür. Çünki, farslar tarixləri boyunca uhrəvilik düşüncəsini hökmdarın şəxsiyyəti ilə qarışdırmışlar, moğollar, bərbərlər və türklər isə öz idarəçilərini Tanrıdan gəlmə olaraq görmüşlər. İslama girməklə bu adətlərindən qurtula bilməmişlər və öz hökmdarlarına Tanrıya tapar kimi tapmışlar. Yüz illər boyunca ərəbər onları bu alışqanlığdan xilas edə bilməmişdilər. Başqa misirli yazıçı Taha Huseyn türk işğallarına görə Tanrını günahlandırmaqda; “Əgər Allah bizi türk işğallarından qorumuş olsaydı, biz indi çox inkişaf etmiş olacaqdıq” Liitfi əl Həffaf Şamda nəşr etdirdiyi “Muhakkirat” adlı kitabında ərəblərin türklərlə əlaqə qurduqdan sonra hər cür inkişafdan qaldığı fikrini müdafiə edir.

Ərəb dunyasının XX əsr miliyyətçi yazarlarından biri Raşid Rza öz kitabında xəlifəliyin türklərin əlinə keçməsi ilə islam və onun yaradıcısı olan ərəblərin geriləməyə başladığları və türklər qədər islama zərər vuran bir başqa xalq olmadığını göstərir. Öz geridə qalmışlığlarının səbəbini Türkə yükləyən və islamın türklər üzündən pozulduğunu söyləyən ərəb son 150 ildə bu gerilikdən qurtulmanın iki yolu olduğuna inanmışdır: İslamın özünə dönmək və ya Qərbə dönmək.

İslamın özünə dönməklə ərəb uyğarlığının canlanmış olacağı görüşünün ilk müdafiəçiləri Vəhabilər və Əfqani tərədarları olmuşdur.
Qərb uyğarlığının islam sayəsində mövcud olduğunu və Qərbə yönəlməklə islamın özünə dönmüş olacağını ilk müdafiə edənlər arasında misirli Rifa Rafi ( əl- Tavabi) gəlir.

XIX əsrin başlanğıcında Vəhabilər tərəfindən türkə qarşı istifadə edilən dinsizlik, islama yabançılıq silahı XX əsrdə daha güclü bir şəkildə ələ alınmışdır. 1917 cil il tarixində Misirdə yayınlanan əl Mokattani qəzetində bunlar yazılır: Biz möminlər, onları (Türk hökümətini) imansız tanıyırıq. Bunu qeyd edək ki, Yəmən və Suriyadakı valilər (türk paşaları) nə ibadət edərlər, nə oruc tutarlar, nə hacc ziyarətini yerinə yetirərlər və nə də zəkat verirlər, onlar Ramazan ayı boyunca şərab içərlər.
Tənzimat fərmanlarında xristiyanlarla bağlı yer alan maddələri kafirlərə imtiyaz şəklində yozmuşlar və xristiyan əhaliyə bu şəkidə güzəştə gedən Osmanlı dövlətini və xəlifəni şəriətə tərs iş görməkdə günahlandırmışdılar. Artıq ərəb ölkələri kafir xəlifəyə itaət etmək kimi bir öhdəliklərinin olmadığlarını bəyan etmişdilər və üsyan qaldırmışdılar. 1856-cı ildə Nablus və 1860-cı ildə Şamda üsyanlar buna nümunədir.
Suriya valisi Camal paşanın vaxtilə bir konqresdə qadın və kişiləri bir salona toplaması, bu toplantıda qadınların söz alması ərəblərin üsyan qaldırmasına yetərli bir səbəb olmuşdur. Ürdün kralı Hüseyn türkəri dinsizlikdə günahlandırmışdır.
Liberiyalı bir yazar, Eduard V. Bluden, “Christianity, İslam and the Negro Race” adlı kitabında türklərin islamı savaşçı qılığına soxduğu tezini işləyir, islamın müxtəlif şəkildə yerinə yetirilməsinin inanc fərqindən deyil, irqi ayrılıqlardan doğduğunu və əslində savaş dini olmadığı halda savaşçı bir irq olan türklərin əlinə keçməklə barışçı xüsusiyyətlərini itirdiyini söyləyir.

Napalyon 1798-ci ildə Misiri işğal edərkən ərəblərin türkə olan nifrətlərindən istifadə etmişdir. Öz əsgərləri qarşısında belə çıxış etmişdir: “İşğalın sonunda aralarına qarışacağımız xalq müsəlmanlardır. Onların imanlarının ilk əsasları bunlardır: Allahdan başqa Allah yoxdur və Məhəmməd onun rəsuludur. Onların bu inancına qarşı çıxmayın. İmamlarına və müftülərinə qarşı sayğılı davranın. Burada rastlaşacağımız adətlər Avropadakından çox fərqlidir. Bunları unutmayın. Həmçinin çıxışında müsəlmanların qadın anlayışına toxunur və müsəlmanların qısqanclığını əsgərlərinə anlatır.
1214-ci ilin rəbiüləvvəl ayında Napalyon din adamlarına və xalqa xitabən belə çıxış edir: Sizlərə müsəlman olduğumu və Məhəmməd peyğəmbərə inanmaqla şərəf duyduğumu və müsəlmanları sevdiyimi hər zaman söyləmişəm və təkrarlamışam. Bu dəqiqdir ki, xristiyanlardan nifrət edirəm, onların dinlərini yox etdim, ibadət yerlərini yıxdım, rahiblərini öldürdüm, bütlərini yıxdım və imanlarını rədd etdim.”

Xalq artıq Napalyona Mehdi gözüylə baxmaqdaydı. Ruslarla savaşması da ona əlavə prestij gətirmişdi.

Əslində Napalyon din deyə heç bir şeyə inanmazdı. Bunun üçün onun başqa çıxışına nəzər salaq: “Mənə papalıq tərəfdarı olduğumu söyləyəcəklər. Xeyr, mən heç bir dinə inanmıram. Misirdə olarkən müsəlman idim, burada katolik ola bilərəm – sırf xalqın yanında olmaq üçün.

Yekun olaraq qeyd edək ki, əsarət altına alınan və əsarət altina alan xalqlar həmişə bir-birləri əleyhinə xoş olmayan ifadələr söyləmişlər. Hətta islamın bütün müsəlmanlar qardaşdır devizi də buna əngəl olmamışdır. Millətçi dairələr hər xalqın içində olmuşdur. Ona görə bütün insanlığı birləşdirən ideologiyalar ətrafında toplaşmaq lazımdır.

MariaTudor.com saytında tarixə səyahətə davam:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir