Monqollar Haqqında Bəzi Məlumatlar

Monqollar Haqqında Bəzi Məlumatlar

Monqollar – Köçəbələr qonşu qövmləri istismar etmək və quru ticarət yollarını ələ keçirmək məqsədi ilə zaman-zaman  çox uzaq ölkələrə hücum etməyə qadir olan böyük ordular halında birləşirdilər. Amma çox zaman qurduqları imperatorluqlar sağlam deyildi, asanlıqla dağılırdı.

XII əsrdə Monqolustanda yaşayan qəbilələrin etnik mənşəyi nə olursa olsun, həyat tərzləri və sosial təşkilatları baxımından bir birinə bənzəyirdilər.. Amma bu tarixdə bu qəbilələrin ortaq bir adı yox idi.. Moğol adı sadəcə kiçik bir qəbiləni bildirirdi. Bu qəbilə XII əsrin başlanğıcında önəm qazanmış olsa da, əsrin ortalarında qonşuları tatarlar tərəfindən məğlub olub demək olar ki, dağılmışdı. Tatarlar monqolları Çinlilərin köməyi ilə məğlub etmişdilər. 1161-ci ildə  Tatarları dəstəkləmək üçün güclü bir Çin ordusu Monqolustana göndərilmişdi. Tatarlar monqol xanı Ambaqayı xəyanət nəticəsində tutub, Çinin paytaxtı Pekinə göndərmişdir. Orada caniləri edam etmək üçün xüsusilə istifadə edilən aşağılayıcı bir üsulla, bir taxta eşşəkə mismarlanaraq öldürülmüşdür. Bundan sonra Tatarlar Monqolustanın öndə gələn qəbilələrindən biri olmuşdular. Merkitlər, Kerayitlər, Naymanlar üç önəmli qəbiləydilər. Qərbi Avropada Tatar kəlməsinin Tartar şəkli bütün monqollara şamil edilirdi. Adın bu şəkli yunan mifologiyasında cəhənnəmin ən alt qatı olan Tartarusdan törənmişdir. Salnaməçi Matthev Paris belə izah etməkdədir. “Şeytanın o iyrənc irqi, Tatarlar.. Tartarusdan boşanmış ifritələr kimi hücum etdilər. Rusiyanı istila edən Moğol ordularındakı əsgərlərin böyük bir qismi  Moğolların idarəsindəki türklərdi. Monqol qəbilələrini meşə və bozqır qəbilələri deyə ayırmaq çox önəmlidir.. Dini inanc baxımından meşə qəbilələri şamanistdirlər.. Bozqırlarda yaşayanlar isə şamanizmin təsiri altında olsalar da göyə tapardılar. Hər iki qrup içərisoində atəşə tapmaq da yayğın idi. Hər iki qrupda bəziləri insana bənzəyən, bəziləri isə heyvanları təmsil edən  kobud şəkildə yonulmuş heykəlciklər gəzdirirdilər. Bunlara “Ongon” deyilirdi.

Meşə qəbilələri içərisində şamanlar nəhayət siyasi hakimiyyət əldə etdilər. Bozqır ortamında isə Buddizm və Nəsturi xristiyanlıq yayılmağa başladı. Əbül Fərəcə görə Kerayit qəbiləsinin hamısı XX əsrdə artıq xristiyan nəsturi idi. Nəsturi inancı Monqolustana Türküstan üzərindən Yaxın Şərqdən gəlmişdir. VIII əsrin ortalarında Şərqi Türküstana yerləşmiş türk tayfası olan Uyğurlar, Yaxın Şərq  ilə Monqolustan arasında araçılıq etmişdir.

Bozqırlardakı hər monqol və ya türk doğuşdan izcidir. Köçəbə həyat ortamında gözün kəskinliyi və ərazidəki hər incə detalın yaddaşa qeyd edilməsi yüksək dərəcədə inkişaf edir. Zamanımızda belə monqollar və qırğızlar 4 mil (6 km) uzaqdakı bir kolun və ya daşın arxasında gizlənməyə çalışan bir adamı hiss edə bilərlər. Düşərgədəki atəşin tüstüsünü və qaynayan suyun buxarını çox uzaqdan görürlər. Müşahidə güclərindən dolayı monqollar bütün köçəbələr kimi, bozqırların iqlim və mövsüm şərtlərini, su qaynaqları və bitki örtüyü haqqında geniş bilgiyə sahib idilər. Bu, hərbi yürüşlərdə onlara çox yardımçı oldu. Monqollar qeyri-adi bir dözümə sahib idilər. Az qida ilə günlərcə yol gedə bilərdilər. Monqol atları minicilərinə layiq bir dost idi. Çox qısa dinlənmə ilə uzun məsafələr qət edə bilirdilər. Səfər əsnasında hər monqol süvarisinin  birden dördə qədər atı olurdu. Növbə ilə atlara minərdi. Monqollarçın atların həm rəngi həm irqi önəmli idi. Hər tabur bəlli rəngdə atlardan ibarət olurdu.

Çingiz xan Xarəzmşahlar üzərinə yürüş edərkən Tanqutların hökmdarından yardım istədi. Cavab heç dostca olmadı:”Yetəri qədər əsgərin yoxsa hökmdar olmağa layiq deyilsən”Lakin Çingiz hər zamankı kimi hisslərinə hakim olub, Tanqutları cəzalandırmağı sonraya saxladı. Yardımçı birlikləri ilə birgə 150 min qoşunu var idi. Əksəriyyəti Çin səfərində təcrübə toplamış qazilər idi. Xarəzmşahların qoşununun sayı isə 300 min civarında idi. Ayrıca, II Məhəmməd bir liderin zor zamanlarda sahib olmalı olduğu əzmdən məhrum idi. Təbəəsinin bir çoxu oğlu Cəlaləddinin komandir təyin edilməsini tərciyə edərdilər, amma Məhəmməd zəfər qazandığı təqdirdə Cəlaləddinin iqtidarı ələ keçirəcəyindən qorxub oğluna etibar etmirdi. Bu şərtlər altında Xarəzmşah Məhəmməd həm müasirlərinin həm də dövrünün tarixçilərinin əksəriyyətinin təəccübünə səbəb olan bir plan həyata keçirdi. Moğolların hücumuna cavab vermək üçün ordusunu bir yerə yığmaq yerinə ordusunu dağıtdı, bir hissəsini  Otrar, Buxara, Səmərqənd kimi şəhərlərə yerləşdirdi. Fikrimizcə, Məhəmmədin savaş planı iki hökmdarın arası pozulmadan öncə Çingizə göndərmiş olduğu elçilərinin ona Çingizin Çin səfəri haqqında verdikləri bilgiləri dəyərləndirilməsinə bağlı ola bilər. O zaman Monqolların qalaları ala bilmə bacarığı yox idi. Əgər Məhəmmədin bu taktikasının səbəbi bu idisə böyük xəta etmişdir. İndi Çingiz xanın ordusunda ona yardıma hazır olan  Çinli hərbi mühəndislər var idi. İlk öncə  hərbi əsirlər və hərbiyə aldıqları yerlilər  bürclərə dırmaşırdılar. Böyük itkilər verirdilər, ama bu monqolları rahatsız etmirdi.

Monqol qoşunlarının komandiri Subutay Cənubi Rusiyaya  yürüş üçün ən yaxşı vaxt olaraq qışı seçmişdi. Bildiyimiz kimi, həm Napolyon, həm Hitlerin orduları “General Qış”dan çəkinmişdilər. Monqolustanda qış sərt keçərdi. Monqollar qışın sərtliyinə alışqın idilər, ayrıca da kürk geyimləri ilə qsoyuqdan qoruna bilirdilər.Monqol atları da şiddətli soyuqa dözümlü idilər və qar çox qalın olmadığı zaman onun altindaki otları və kökləri tapa bilirdilər. Qış səfərinin ən böyük avantajı Cənubi Rusiyada çoxlu çay və gölün donması idi ki. bu da monqol əsgərlərinin hərəkətini asanlaşdırırdı

Dağlarin yaşli şeyxi (Haşhaşilerin şeyxi) mogol saldirilari erefesinde Avropadan yardim istedi.Vincester piskoposunun cavabi yeterince diqqet cekirdi..Buraxin bu kopekler bir birlerini yesinler ki,hamisi mehv olsun ve biz İsanin dusmenlerinden geriye qalanlarin ustune yuruduyumuz zaman onlari mehv edek,butun dunya tek bir katolik kilsesine tabe olsun ve tek bir coban ve tek bir suru olsun.

Fransa kralı IX Luisin anası kraliça Blançe oğlunu çağırıb moğol təhlükəsi haqqında nə edəcəyini soruşdu.O dərin dini hissiyat və qədərə təslimiyyət ilə cavab verdiI”Anacan, cənnətdən gələn təsəlli bizi ayağa qaldırsın. Bizim tartar dediyimiz bu unsanlar bizə hücum edərlərsə ya biz onları gəldikləri Tartarusa (cəhənnəmə) geri döndərərik ya da onlar hamımızı cənnətə yollar.

Çingizdən sonra xan seçilən Ugedey ölümündən bir müddət əvvəl  günahlarını dəyərləndirərkən zəif yerinin şərab və qadınlar olduğunu söyləmişdi. 51 yaşında ölmüşdür. Həyatını içki içməklə məhv etmişdir. Ugedeyin Yuandakı portreti bir içki düşgününün üz xətlərini göstərməktədir.Amma ölümünün təbii bir ölüm olduğundan şübhə edilə bilir. Plano Karpinili Cona görəoğlu Güyükün  xalası tərəfindən zəhərlənmişdir. Hər kim olursa olsun bu qadın Avropanin xilaskarı hesab oluna bilər.

Monqolların Suriya səfərinə komandanlığı təcrübəli bir general olan Kit Buka öz üzərinə götürdü. Kit Buka nəsturi bir xristiyan idi və müsəlmanlara qarşı mübarizəsində Yaxın Şərqin xristiyanlarının simpatiyasını qazanmışdı.Rene Groussetin ifadəsi ilə bu bir “Xaçlı səfəri idi. Həm monqolların həm xristiyanların talehsizliyindən Kit Bukanın əmrindəki qüvvətlər bu missiya üçün yetərli deyildilər. Öncə Hələb və Şamda uğurlar qazandılar. Misir sultanı ən yaxşı əsgərlərini Suriyaya göndərdi. Məmlük əsgərlərinin çoxu qıpçaq əsilli türklər idi. Beləcə monqollar iləMisirlilərin 1260-cı ildə Qaliledə etikləri müharibə əslində iki türk əsgəri arasındakı müharibə idi. Monqollar məğlub edildi və Kit Buka əsir alındı.Bu Yaxın Şərqdə monqol yayılmasına bir sədd çəkdi. İslamiyyətin bir zəfəri olduğu üçün Galilə müharibəsi FələstindəkiAvropa xaçlı dövlətlərinin son günü demək idi.

Monqolların bir dənizçi dövlət olmadığı, 1274 və 1281-ci ildə Yaponiyanı fəth etmək üçün girişdikləri iki təşəbbüsün uğursuzluğu ilə isbatlanmışdır. Bunların ikincisi üçün Xubilay xan qüvvələrini Kyusu adasındakı Hakataya nəql etmək üçün Cənubi Çin və Koreya limanlarında böyük bir donanmanı bir araya gətirmişdi. Monqol gəmiləri bir tufan üzündən batdılar və dağıldılar. Mərkəzlə əlaqəsi kəsilən ordunun ətrafı yaponlar tərəfindən mühasirəyə alındı.və məğlub edildi. Bu fəlakəttən sonra Xubilay Yaponiyanı özünə tabe etmək fikrindən vaz keçdi.

İrandakı Elxanilərlə Qızıl Orda arasındakı savaşlarda İran tarixçiləri Hulaki xanı qalib göstərsələr də, amma bir çox mənbə Qızıl Ordanı qalib göstərir. Qızıl Orda xanı Bərkə xan islamı qəbul etmişdi və ona göre Hülaki xan bir kafir idi. Sarayındakı din xadimləri onun yürüşlərinə cihad donu geydirirdilər. Deyilənlərə görə 1263-cü il yürüşündə Bərkə xan Hulaki ilə savaşdan sonra döyüş meydanındakı monqol meyidlərinin çoxluğunu görüb belə söyləmişdir: Allah Hulakiyə lənət eləsin, bizi bir birimiizə qırdırır. Mən bu qədər monqolla dünyanı alardım.

Ugedey xan Avropaya yazdığı məktublarda deyirdi: Əgər siz qarşı gələrsəniz nə olacağını mən hardan bilim. Nə olacağını Tanrı bilər.

 

MariaTudor.com saytında tarixə səyahətə davam:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir