Mandaizm və Mani Dinləri (I)

Mandaizm və Mani Dinləri (I)

Mandaizm tərəfdarlarına görə, Parfiya dövləti krallarından olan Ardavan onların öndərlərindən biridir. Midiyanın dağlıq bölgəsi olan Turad Mada bölgəsinin ana vətənləri olduğlarına inanmaqdadırlar. Dini yazılarında Ginza adlı bir kitablarının olduğu bildirilir. Mandaistlərin inanclarına görə insanların ruhları göydəki işıq aləmindən yaranmışdır. Sonra cisimlə birləşdikdən sonra yerdə qalmağa məcbur olmuşdur. Ölümdən sonra bədəndən ayrılınca ruh asılı olduğu işıq aləminə geri dönər. Bunların din alimləri başlarına ağ çalma bağlarlar. İnanclarına görə zinət əşyası taxmaq günahdır. Ölənləri üçün üzülməzlər. Cənazələrini axan bir suyun kənarında tikdikləri və pəncərəsi olmayan bir otaqda qapısını da bağlayaraq yuyarlar.

Bu dinin mənsubları özlərini “Mandaye” və ya “Naşaraye” olaraq adlandırmaqdadılar. Anlamı bilən dostlar  deməkdir. Təqiblərdən yaxa qurtarmaq üçün zamanla  başqa adlardan da istifadə etmişdilər. Ərəb qonşuları günümüzdə onlara “Şabi_aş_ şabia” deməkdədirlər. Bunlar genel olaraq Aşağı Mesopatamiyada yaşayırlar və zərgərlik, dəmirçilik kimi el sənətləri ilə, qayıq və körpü düzəltməklə məşğul olarlar. Bu inanca mənsub olanların sayı bəlli deyildir.Müsəlman qonşularından ehtiyat etikləri üçün özlərini gizlədirlər. Ancaq İran coğrafiyasında yaşamaqda olan Mandearların sayının 20 min ilə 25 min arasında olduğu təxmin edilir. Öz  ibadətlərini də gizli həyata keçirirlər. İslam dövlətinin yaranması dövründə kitab əhli müamiləsi görmüşdülər.

Ən önəmli dini kitabları olan Ginza iki hissəyə bölünür. Sağ Ginza və Sol Ginza. Bunlardan sağ Ginza 18 kitabdan ibarətdir. Sol Ginza isə iki kitabdan ibarətdir. Ruhun yüksəlməsini və ölü mərasimlərindən bəhs edir. Buna görə ⅦRuhun KitabıⅦ adını daşıyır.

Kral kitabları adlı dini kitabı isə 37 yazı parçasından ibarətdir. Tanrıya ibadət üçün mərasim, ibadət, musiqi, ilahi və mədhiyyələrin toplandığı bir kitabları daha vardır. Mandearların dinlərinin təməlini Dualizm təşkil edir. Bu dini inanca görə, ilk başlanğıcda işıq aləmi və qaranlıqlar aləmi qarşı qarşıya idilər. İşıq aləminin başındakı “Böyüklərin əfəndisi, işıq kralı”adlarını daşıyan bir ruh, ilk olaraq qəbul edilir və bütün yaşam bu ruhdan gəlməsinə inanırdılar. Mandearlar daha sonra lar buna “Mana” deməyə başlamışdılar və Böyük Mana ilə Tanrı qəsd edilirdi.

Adəmin oğulları Hibil, Şitil və Anoşdur və bunlara “Üç Uthra” da deyilir. Hibil (Adəm) çox yerdə Manda anlamı ilə uyğun gəlir. Hibil yer altı dünyadakı mənfi qüvvələrlə savaşmaq üçün cəhənnəmə girən qəhrəmandır. Ən son zamanda  cəhənnəmdəki mənfi qüvvələri məğlub edəcəyinə inanılır.

Tarmide deyilən baş rahibləri eyni zamanda xalqın və ya inananların idarəçisidir. Svalya və Sganda adlanan aşağı rütbəli din adamları isə qurban mərasimlərində, cənazələrin qaldırılmasında dini vəzifələrini icra edərək, Paisik deyilən din adamı isə dul qadınların evlənib boşanma işlərinə baxarlar. Mandeaar dini inancında din xadimləri krallarla bərabər tutulur və onlara kral mənası verən “Malka” adı verilir.

Saç kəsilməsi günah sayılır. Məbədləri pəncərəsizdir və həmişə axar suyun kənarında tikilir. İlk və önəmli dini törənlərinin vaftiz etmək və ruhlara ibadət toplantıları olduğu bildirilir. Vaftiz mərasimləri bazar günləri həyata keçirilir. Vaftiz edilən kişi dəfələrlə suya batıb çıxması ilə günahlarının təmizlənəcəyinə inanır. Mandear inancına görə ruh ölümsüzdür və yaşamına davam edər. Bədən isə məcbur qalmadıqca torpağa gömülməz. Ölünün arxasınca ağlamaq olmaz. Ölən bədən üzərinə 3 dəfə su tökülərək yuyulur. Sonra alınlarına yağ vurulur və kəfənə sarılır. Bundan sonra məbəddə, ölü evində mərasimlər keçirilir və yeməklər yeyilir. Ölümünün üçüncü günü axşamı ruh cəsəddən ayrılıb işıq dünyasına 45 günlük yolçuluğa başladığı an olaraq qəbul edildiyindən böyük bir mərasim keçirilir. Bu mərasimdə ən azı 3 din adamı olmalıdır. Burada verilən yeməklərdən ancaq mərasimin gedişində din adamları bir parça alıb şərabla yeyə bilərlər. Digərləri ancaq mərasim bitəndən sonra yeyə bilərlər. Məarsim bitəndən sonra bir az çörək, su və un qarışdırılaraq  məbəddə torpağa basdırılır. Ölünün qaldırıldığı birinci, üçüncü, yedinci və qırx beşinci günlərdə ailəsi və qohumlarında ölü üçün yeməklər bişirilir və mərasimlər keçirilir. Bu mərasimlərlə ölənin ruhu ilə dirilərin ruhlarının bir birinə bağlı olduğunu isbat etmək istəyirlər. Bundan başqa yeni il mərasimlərində ölünün yaxınları tərəfindən məbəddə hazırlanan yeməklərin üçdə biri paylandıqdan sonra, qalan hissəsi də axar suya atılır. Sədəqə olaraq verilən bu yeməyin ölünün ruhunun işıq dünyasına getməsinə yardımçı olacağına inanılırdı. Bu inancda Zərdüşt dininin təsirləri açıqca görülməkdədir.

Mandearlar  Zərvan təqvimindən istifadə edirlər. Bu təqvimə görə ildə altı bayram qeyd edilir. Yeni il olaraq Novruz qışın birinci ayının birinci günündə qeyd edilir. Bu gün dünyanın yaradılış günü olaraq qeyd edilir. Kiçik yeni il adlanan “Nevroz Zuta” bayrami yeni ildən 6 gün sonra qeyd edilir. Bunun günahların  bağışlanıldığı gün olduğuna inanılır. Aşura bayramı altıncı ayın birinci gün qeyd edilir və Mandearın Misirdə ölüm günü olaraq bilinir. Panga və Penşa bayramı səkkizinci ayın son beş günündə bayram edilir. Mandearlar üçün ən böyük bayram olub bu bayramda hər kəs vaftiz oluna bilər. Bazar günü müqəddəs gün olaraq qəbul edilir. Günün şəfəq vaxtı ibadət edilir, ümumiyyətlə 3 kərəsi gecə olmaqla gündə 7 kərə ibadət edilməsi məsləhət görülür. Mani inancında olduğu kimi  sabah günəş doğarkən, günorta və axşam günəş batmaq üzrəykən gündə 3 dəfə ibadət etdikləri bilinməkdədir.

Yəhudilərin ölkəsi olaraq qəbul etdikləri İsrail coğrafiyasından Mandearların sürgün edilməsi təxminən miladdan sonra ikinci yüz il içərisində olmuşdur. Parfiya dövləti ərazisinə yerləşən Mandearların onların Mazdaist inanclarından və mədəniyyətlərindən təsirləndikləri müşahidə edilir. Parfiyalılar zamanında Mandearlar öz dini inanclarını yaydılar və inkişaf etdirdilər. Ancaq Sasanilər zamanında təqiblərlə qarşılaşdılar. Mandearlara aid qaynaqlarda bu təqiblərdən bəhs edilir, 400 məbəddən 170ə- düşdükləri göstərilir.

Günümüzdə bu topluluğun əsas yaşadığı yer Bəsrə, Amara, Nasiriyə şəhərləridir. İki minə yaxın Mandear isə İranda Ahvaz bölgəsində yaşayır. Son zamanlarda  İranda gördükləri zülm nəticəsində bir çox Mandear İraqa qaçmaqdadırlar.

Manilik

Maninin babası Midiya bölgəsində bir din adamı olaraq çalışdığı vaxt Babilə sürgün edilmişdi. Bu hadisə çox guman ki, bu kişinin Mandear dini inancına mənsub olmasından qaynaqlanmışdı. Maninin babasının adı Patik, anasının adı isə Mayramdı. Mani miladdan sonra 14 aprel 216-cı ildə Babilin şimalında anadan olmuşdu. Sonralar özü bunu, “Məni Babil ölkəsində yaratdığın üçün sənə minnətdaram ” şəklində bildirmişdir. Mani zəngin bir ailənin övladı idi. Uşaqlığından yaxşı təhsil görmüşdür. Babası kimi ilk dönəmlərdə Mandear dini inancına mənsub idi. Lakin bununla kifayətlənmədi. 12 yaşındaykən Mandear dini inancından fərqli olan Maniliyin təməlini qoydu. 241-ci ildən etibarən dini inancını açıq şəkildə yaymağa başlayır. Özünün yazdığına görə, ” Kral Ərdəşirin hakimiyyətinin son ilində, dini inancını yaymaq üçün  bir gəmi ilə Hindistana gedir.Orada çoxlu tərəfdar qazanır. Lakin Ərdəşirin ölməsi ilə və oğlu Şapurun kral olması ilə mənə xəbərçi göndərdi. Mən Hindistandan Fars ölkəsinə getdim. Buradan da Babilə gəldim. Kral Şapurun hüzuruna çıxdım. O məni böyük bir təntənə ilə qarşıladı” deyə qeyd edir.

Mani dininə simpatiyası olan Kral I Şapur və onun oğlu Hörmüzün dövründə Manilik sərbəst şəkildə yayılır. I Bəhram dönəmində isə Mazda inancının ruhani öndərlərinin başda Katir olmaqla fitvası ilə Mani dininin vəziyyəti pisləşməyə başladı. Kral Manini saraya çağırıb həbs etdirir və onu 3 zəncirlə bağlayır. Həbs edilməsinin 26-cı günü 276-cı ildə ölür. Mani tərəfdarlarının bir çoxu öldürülür. Bir qismi isə Hindistana və Orta Asiyaya qaçır. Ümumiyyətlə Sasani hökmdarları digər dinlərə tolerant yanaşsalar da, zərdüşt məzhəblərinə qarşı amansız olmuşdular.

XX yüz illiyin başlanğıcından etibarən Mani inancı ilə bağlı orijinal sənədlər əldə edilməyə başlandı. Bu orijinal yazılar bir birindən çox uzaq olan Çin, Hindistan və Misirdə tapılmışdır. Mətnlərin fərqli dillərdə olmasından anlaşılır ki, tərəfdarları Maniliyi dünya dini halına gətirmək niyyətində olmuşdular.

Mani bunu belə açıqlayırdı: “Mənim dini inancım hər ölkədə və hər dildə olmalıdır. Hər insan öz dilində dinimi öyrənməlidir”

Mani tərəfindən yazılmış altı kitabdan zamanımıza az bir hissəsi qalmışdır. Mani özündən əvvəlki peyğəmbərlərdən Zərdüştü, Buddanı, İsanı sayar, onların Tanrının peyğəmbəri olduğuna inanır, ancaq onların risalətinin zamanla təhrifə uğradığını söylər. Zərdüştə sevgi bəslədiyini yazılarında hiss etdirir. Maniyə görə tanrı Mitra qaranlıqların hökmdarı olan divləri məhv etmişdir. Onların mundar vücudlarından yeri və göyü yaratmışdır. Mitra Babil tanrısı Mardukun Zerdüştlükdəki versiyası idi. Mitra Mani zamanında bölgədə və Roma imperatorluğunda müharibə tanrısı olaraq bilinirdi. 12 yardımçısı var idi. Bunlar 12 bürcə uyğunlaşdırılmışdır. Zərdüşt kitablarından olan Bundaşinin II bölümündə, ” Hər insanın ilahi varlığı bir ulduz bürcünə bağlıdır” deyilirdi. Bildiyimiz kimi, Roma IV əsrdə xristiyanlıqı  rəsmi din elan edəndə xristiyanlığı köhnə dini inancları ilə sintez etmişdir. 12 həvari inancı Mitranın 12 yardımçısına uyğunlaşdırılmışdır. Bu inanc sonralar şiəlikə öz təsirini göstərmişdir.

Bəzi tədqiqatlara görə Mani dini inancı 3 təmələ söykənir. Bunlara “Üç möhürləmə” adı verilmişdir. Bunlardan birincisi, ağzın möhürlənməsidir, yəni ət, qan və şərabdan istifadə edilməməlidir və günah sözlər söylənməməlidir. İkincisi, əllərin möhürlənməsidir ki, əllər şər qüvvələrə xidmət edəcək şeylərə uzadılmamalıdır. İşıq dünyasına xidmət edən şeylər yaratmalıdır. Üçüncüsü, belin və ya cinsəl orqanların möhürlənməsidir. Yəni insan həyat yoldaşına sədaqətli olmalı, ona xəyanət etməməlidir. Bu dini inancda cinsəl ilişki, özəlliklə də,uşaq dünyaya gətirməkçin birləşmə günah sayılırdı. Onlara görə uşaq dünyaya gətirmək Tanrının bütünlüyündən parça qoparmaq idi. Hətta, Tibetdə bu inancın təsiri ilə uşaqları öldürürdülər , abort müqəddəs iş sayılmağa başlamışdır.

Manilik dualist din idi, işıqla qaranlığın mübarizəsindən bəhs edirdi, deyirdi ki, əgər sonda insan Tanrı ilə birləşsə, insanlar törəməzlərsə  və beləcə ruh cisimlə qarışmış olmazsa İşıq qalib gələcəkdir. Mani dini inancına mənsub olanlar Bema adlanan bir bayram qeyd edərlər. Bu bayramda yeməklər bişirərək Maninin göy üzünə çıxışını qeyd edərlər. Mani tərəfdarları Avestanın doğruları yazdıqlarına inanırdılar. Zərdüştlüklə təməl əsasları eyni idi.

Mani dini inancı şərqdə Tibetə qədər, qərbdə isə Balkanlar üzərindən  Şimali İtaliya və Cənubi Fransaya qədər yayılmışdır. Xristiyanlığa rəqib olacaq gücdə idi. Uyğur türklərinin rəsmi dini halına gəlmişdir. Hətta, uyğur türklərinin bu inancı mənimsədikdən sonra döyüşkənliyini itirdiklərini yazan tarixçilər də vardır. Çünki Manilik düşmən güclərə qarşı özünü müdafiə etməyi qəbul etmirdi. Bir növ İncildə keçən bu üzünə vursalar o biri üzünü çevir prinsipi tətbiq edilirdi. Bu günkü islam təriqətlərindən olan sufilikdə “sənə daş atana sən gül at” düşüncələri yəqin ki, öz kökünü bu dini inanclardan almışdır.

İslamiyyətin bölgədə yayılmasından sonra Zərdüşt dininin mənsubları kimi, Mani tərəfdarları da zorla müsəlmanlaşdırıldılar. Günümüzdə Orta Şərqdə hələ də mövcuddurlar.

 

 

MariaTudor.com saytında tarixə səyahətə davam:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir