Maldiv Adalarına Səyahət

Maldiv Adalarına Səyahət

İbn Batuta Səyahətnaməsində (XIV) Maldiv adalarının təsviri:
Bu adaların əhalisi təmiz qəlbli, din bilən, doğru inanclı, iyi niyyətli kimsələrdir. Halal yeyərlər və duaları Allah qatında geri çevrilməz. Bünyələri çox zəyifdir. Dava və savaşdan heç nə anlamazlar. Yeganə silahları duadır. Bir dəfə orada bir oğrunun əlini kəsilməsini əmr etdiyim zaman, seyr edənlərin çoxunun urəyi getdi.

Buranın qadınları başlarını örtməzlər. Onlara hökmdarlğ edən qadın da başını örtməz. Onlar saçlarını darayıb bir tərəfə toplarlar. Çoxu sadəcə göbəkdən aşağı dəsmalla örtünərək vücudunun digər hissələrini açıqda buraxırlar. Bazarda və küçədə belə gəzirlər.

Maldivdə qazılıq edərkən bu adəti ləğv etməkçin, qadınlara paltar geydirməkçin çox çalışdım. Ama bacarmadım. Ancaq heç bir qadını, bədəni qapalı olmadığı halda hüzuruma qəbul etməz, davasına baxmazdım. Bundan başqasına gücüm çatmadı. Bəzi qadınlar göbəkdən aşağı geyilən dəsmalla bərabər qolları qısa və geniş olan köynək geyinirlər.

Qadınların bəzək əşyası bilərzikdir. Hər qadın biləyindən dirsəyinə qədər iki qoluna bilərzik taxar, dərisi görünməz.

Onların qəribə adətlərindən biridə budur: Qadın əriylə birgə yemək yeməz, kişi arvadının nə yediyini bilməz. Mən bu ölkədə çox qadınla evləndim. Bəziləri mən dirəşdiyim üçün mənimlə bərabər yemək yedisə də digərləri heç yanımda oturmadılar. Onları yemək yeyən halda heç görmədim. Bunu görmək üçün müxtəlif yollara əl atsam da bacarmadım.

Bu adaların islama girişinin səbəbi; Maldiv xalqından Yəmənli fəqih İsa, fəqih müəllim Ali, Qazı Abdullah və bir qrup sözunə güvəniləcək adam mənə bunları danışdı;
Ada xalqı öncədən kafirmiş, hər ay gözlərinə bir ifrit görünürmüş, dəniz tərəfdən gəlirmiş. Bu məxluq işıqlarla bəzənmiş işıqlı bir gəmiyə bənzəyirmiş. Əhali o divi göruncə adətlərinə görə bakirə bir qızı bəzəyib sahildəki butxanaya aparırlarmış. Bütxananın kəmər şəklində bir pəncərəsi var imiş, içəri oradan görünürmüş. Qızı bir gecə orada buraxırlar, sabah gəldikdə qızı orda təcavüzə uğramış halda ölü tapırlar. Hər ay aralarında püşk atılır, kimə düşərsə onun qızı bütxanaya götürülürdü.

Bir neçə il keçdikdən sonra ölkəyə Əbul-Bərəkat Bərbəri adında Fas kökənli bir hafiz gəlir. Məhəl adasında qoca bir qadının evində qonaq olur. Bir gün qadının evinə gəldiyində ətrafdakı hər kəsin orada toplandığını və ev əhlinin hönkür-hönkür ağladığını görür, səbəbini soruşur. Bir tərcüməçi gəlib püşkün bu evə düşdüyünü, yaşlı qadının tək bir qızı olduğunu və onun da ifrit tərəfindən öldürüləcəyini anlatır. Əbu Bərəkət qadına dönərək:
Bir qızının yerinə mən gedərəm! deyir.

Əbu Bərəkat kosaymış. O gecə bu məğriblini götürüb bütxanaya buraxırlar. Dəstəmazlı olan Əbul Bərəkat yavaş-yavaş quran oxumağa başlar. İfrit Allah kəlamını eşidərək qorxur, dənizə qayıdır. Əbul Bərəkat quran oxuya -oxuya günü açır. Yaşlı qadın ailəsi ilə gün açılanda bütxanaya gələndə qarşılarında quran oxuyan məğriblini görürlər. Onu anlarına alib o vaxt hökmdarlıq edən “Şenuraza” adlı hökmdarına götürdülər. Hadisəni ona anlatdılar. Hökmdar çox təəccüblənir. Faslı Əbül Bərəkat müsəlmanlığa dəvət edərkən hökmdar belə cavab verir:
Gələn aya qədər yanımızda qal! Bunu birdə təkrar etsən islamı qəbul edərik.

Əbul Bərəkat Bərbəri beləcə adada qalmış, hökmdar ayın sonu gəlmədən musəlman olmuş, bütləri bir bir qırıb bütxananı yerlə yeksan etmişlər. Ada xalqı islamı qəbul edir.

Bu gün belə əhali məğriblilərə çox ehtiram göstərməktədirlər. Əbul Bərəkat Bərbəri öz adıyla məscid tikdirmişdi. Mən məsciddə lövhə üzərində bu cümləni gördüm:
“Sultan Əhməd Şenuraza, məğribli Əbul Bərəkat Bərbəri vasitəsilə islama girmişdir”.

Bu hökmdar, adasına gələn bir qonaq səbəbilə islama girdiyi üçün adalarının gəlirinin üçdə birini sədəqə olaraq qonaqlara ayırır.

MariaTudor.com saytında tarixə səyahətə davam:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir