Kadisiyyə Savaşı

Kadisiyyə Savaşı

Müsəlmanlar Ömərə məktub yazıb onlara qarşı toplanan farsların çox sayda olduqlarını bildirdilər və ondan yardım istədilər. Ömər özü savaşa gedmək istədi və ordugahını qurdu. Bunun üzərinə əl Abbas ibn Abdulmutallib ilə səhabələrdən bəziləri onun qalmasını və ordu və əsgərlər göndərməsini tövsiyə etdilər. O da buna görə hərəkət etdi. Əli ibn Əbu Talib isə döyüşə getməsini məsləhət gördü. Ömər ” mən burada qalmağa qərar verdim” dedi və Əliyə döyüşə getməsini təklif etdi. Əli bunu qəbul etmədi. Sonra Sad ibn Vaqqası göndərdi.

Reyli və ya başqa bir rəvayətə görə Həmədanlı olan Sasani sərkərdəsi Rüstəm gəldi. Məcusilərin sayı təxminən 120 min idi. Bundan başqa, onlarla birlikdə otuz fili olan ən böyük bayraqdarı Derefşikabyan da vardı. Müsəlmanların sayı isə 9-10 min arasındaydı. Bəzi mənbələrə görə 35 min idi.
Rüstəm Sada elçi göndərib adamlarından bəzilərini göndərməsini istədi. O da, el Muğirə ibn Şubeyi göndərdi. Rüstəm onunla çox danışdı və axırda ona bunları dedi: “sizi içində olduğunuz bu duruma sürükləyən şeyin yalnızca keçim sıxıntısı olduğunu bilirəm, sizin qarnınızı doydurarıq və sevdiyiniz şeyləri verib sizləri yola salarıq. Əl Muğirə bu cavabı verdi: Allah bizə peyğəmbəri göndərdi, biz də onun dəvətini qəbul etməklə səadətə çatdıq. O bizə, dinimizi qəbul etməyən kimsə ilə “..boyunlarını büküb əlləriylə cizyə verənə qədər ..”(Tövbə 29) savaşmaqı əmr etdi. Bundan dolayı biz səni tək bir Allaha ibadət etməyə və onun peyğəmbərinə iman etməyə çağırırıq, ya bunu qəbul edərsən ya da sizinlə bizim aramızda qılınc qərar verəcəkdir.” Bu cavaba çox sinirlənən Rüstəm əllərini sinəsinə vurdu və dedi: Günəşə və aya and olsun ki, sabah günəş yüksəlmədən öncə hamınızı öldürəcəyik.” Müğirə cavabında ” Güc və qüvvət yalnız Allahındır” dedi.

Ömər Sada məktub yazıb farsların Kisrasını islama dəvət etmək üzərə bəzi adamlar göndərməsini əmr etdi. Sad Amr ibn Madikerib əz Zubeydi ilə əl Əşas ibn Kays əl Kindiyi bir heyətlə göndərdi. Onlar Rüstəmin yanına gəldilər. Rüstəm “hara getmək istəyirsiz?” deyə soruşdu. Onlar da “sahibinizə” deyə cavab verdilər. Çox danışdılar. Müsəlmanlar: “Bizim peyğəmbərimiz sizin torpaqlarınıza sahib olacağımızı bizə vəd etdi” dediklərində Rüstəm bir zəmbil torpaq istədi və söylədi; ” Bizim torpaqlarımızdan sizə bu var””

Daha sonra müsəlmanlar Kisraya gəldilər və onu islama dəvət etdilər. Kisra qəzəbləndi və müsəlmanlara geri qayıtmalarını əmr etdi və dedi: “Əgər siz elçi olmasaydınız, mən sizi öldürərdim!” Kisra Rüstəmə də məktub yazıb müsəlmanları yanına göndərdiyi üçün onu qınadı.
Şiddətli bir savaş oldu. Allah Rüstəmi öldürdü. Onun cəsədi qılınc və mizraq yaralarıyla dolu idi. Onu kimin öldürdüyü bilinmədi.
Əbu Rəca əl Farsi babası və dədəsi yolu ilə rəvayət edir ki, Kadisiyyə savaşında iştirak edirdim. Məcusi idim. Ərəblər bizə ox atdıqlarında, biz “dük, dük” deyərdik; biz bununla iğləri nəzərdə tuturduq. Bizə qarşı bu iğlərin arası kəsilmədi, sonunda dövlətimiz ortadan qalxdı. Bizdən bir kimsə navekiyyə deyilən yaydan ox atınca, onların paltarlarına dəyməkdən o yana keçmirdi. Onların atdıqları ox üzərimizdəki zırhları dəlib keçirdi. (Əl Bəlazuri, Fütuhul Buldan.səh.291,2013)

Fars ordusunda əsas təhlükə fillər idi. Həmçinin döyüşlərdə aslanlardan da istifadə edirdilər. Fillərin üzərində düşmən cəbhəsini seyr etmək üçün hundur burclar qurmuşdular. Fillər bir neçə gün müsəlmanlara çətinlik yaratdilar. Sonra müsəlmanlardan ölümü sevən bir qrup fillərin üzərinə yeriyib xortumlarını kəsdilər. Bundan sonra fillər geriyə doğru qaçmağa başladılar. (İbn Haldun, Mukaddimə II)
Rüstəm savaş əsnasında müsəlmanları bir yerə toplanıb namaz qılarkən gördükdə bunları söylədi: “Ömər köpəklərə ədəb öyrətməklə ciyərimi yedi”. (İbn Haldun, Mukkadimə II)

İsgəndəriyyə şəhərini fəth edərkən İsgəndəriyyə hakimi Mukavkıs, qadınların surların üzərində üzləri içəriyə baxacaq şəkildə ayaqda durmalarını əmr etdi, kişilər isə silahlı olaraq üzləri müsəlmanlara doğru ayaqda durdular. O, bu şəkildə müsəlmanları qorxutmaq istəyirdi. Bunu anlayan Amr ona bir elçi göndərdi və “biz sənin nə etdiyini anladıq, bizlər məğlub etdiklərimizi say çoxluğuna görə məğlub etmədik” dedi.

MariaTudor.com saytında tarixə səyahətə davam:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir