İbn Fadlan Səyahətnaməsində Türklər

Türklər

İbn Fadlan islamı öyrətmək məqsədilə Bulqar hökmdarının dəvətilə türk ölkələrinə yola düşür. Türklərin ölkəsinə Dərbənd səddindən keçib gedir. (X əsr)
Bir gün çox şiddətli soyuğa yaxalandıq. Bu arada Tegin mənimlə gedir, yanında olan bir türk onunla danışırdı. Birdən Tegin güldü və mənə “bu türk Rəbbimiz bizdən nə istəyir. Bizi soyuqdan öldürəcək. Ah, nə istədiyini bilsək də, yerinə yetirsək” deyir. Mən Teginə ona de ki, Allah sizdən “lə iləhə iləllah” demənizi istər, dedim. Türk buna güldü, “bilsək söylərdik”..dedi.

Oğuzlar

Bu dağdan keçdikdən sonra oğuzlar deyə bilinən bir turk qəbiləsinin yaşadığı yerə çatdıq. Onlar qıl çadırlarda oturan köçərilərdi. Çox çətin şərtlər altında yaşayırdılar. Bunlar yolunu itirmiş eşşəklər kimidirlər. Bir dinə inanmazlar, işlərində ağıllarına baş vururlar. Heç bir şeyə ibadət etməzlər. Əksinə böyüklərinə Rəbb deyərlər. Aralarındakı işi məşvərətlə həll edərlər. Bununla bərabər bir şeydə ittifaq edib onu etməyə qərar verərlərsə, içlərindən ən aşağı və ən hörmətsiz biri gəlib ittifaqlarını poza bilər. Allaha inandıqları üçün deyil, sırf yurdlarından keçən müsəlmanlara xoş olsun deyə aralarında “Lə iləhə iləllah” deyənləri gördüm. İçlərindən biri zülmə məruz qalarsa və ya sevmədiyi bir şey görərsə başını səmaya qaldırıb “Bir Tanrı” çağırar. Kiçik və böyük ayaqyolundan sonra təmizlənməzlər. Cənabətdən və digər xüsuslardan dolayı təmizlənməzlər. Qadınları yerli və yad kişilərdən qaçmazlar. Qadın vücudunun heç bir yerini kişilərdən gizlətməz.
Bir gün bir adamın evinə qonaq olduq. Adam arvadıyla bərabər oturduq. Qadın bizimlə söhbət edərkən bir anlıq gözümüzün önündə övrət yerini açıb qaşımağa başladı. Biz utandığımızdan üzümüzü örtüb “Əstəfurullah” dedik. Qadının əri güldü. Tərcüməçiyə “Onlara de: bu qadın onu sizin hüzurunuzda açır. Siz onu görür və qoruyursuz. Sizdən ona heç bir zərər gəlmir. Bu hərəkət qadının onu örtüb də başqalarına müsaidə etməsindən daha yaxşıdır” dedi.
Zina deyə bir şey bilməzlər. Belə bir günah işləyən birini yaxalarlarsa, onu iki yerə parçalarlar. Belə ki, həmin adamı iki ağacın budaqlarını bir yerə yaxınlaşdıraraq bağlıyarlar. Sonra bu budaqları buraxarlar. Budaqlar əvvəlki vəziyyətlərinə qayıdanda həmin adam parçalanmış olur.
İçlərindən biri mənə “quran oxu” dedi. Oxuyunca xoşuna getdi. Tərcüməçiyə dönərək “ona susmamasını söylə” dedi. Bir gün bu adam tərcüməçi vasitəsiylə mənə, “bu ərəbə sor. Rəbbimizin arvadı varmı?” dedi. Mən isə onun bu sözünün böyük günah olduğunu söyləyib tövbə və istiğfar etdim. O da, mənim kimi tövbə etdi və “əstəğfurullah” dedi. Türklərdə adət belədir. Bir müsəlmanın təsbih və tövbə etdiyini eşidərlərsə, onun söylədiyini təkrar edərlər.

Bir adam ölsə, arvadı və uşaqları qalarsa, öz anası olmamaq şərtilə, böyük oğul atasının dul arvadıyla evlənir.

Tacirlər və digər yad ölkələrdən gələnlər onların yanında cünüblükdən yuyunmazlar. Sadəcə, gecə vaxtı, onların gözünə görünmədən yuyuna bilərlər. Onlar yuyunan birini görsələr qəzəblənərlər, bu adam bizə sehir etmək istəyir” deyib ondan bu hərəkətinə qarşılıq təzminat alarlar.
Türklər heyvanları kəsməzlər, qoyunların başlarına vuraraq öldürərlər.
Qonaqları olan bir muselman yola dözümü olmayan heyvanları türkün yanında qoyur. Ondan yola davamı olan heyvanlar alar. Geri qayıdarkən türkün heyvanlarını qaytarır.
Oğlancılıq onlar arasında böyük günahdır.
Oğuzlardan biri xəstələnincə ev xalqından başqa kimsə onlara yaxınlaşmaz. Xəstə kasıb birisə onu səhraya atıb gedərlər.
Bütün türklər bığların uzadıb, saqqaların kəsərlər.
Onların adətinə görə bir adam alt paltarını parça-parça olub tökülmədikcə çıxarmaz.

Peçeneqlər

Bundan sonra peçeneqlərin ölkəsinə çatdıq. Çox qaradırlar. Axmayan bir gölün kənarında yaşayırlar. Hamısı saqqaların taraş edib. Oğuzların əksinə, çox kasıb adamlardır. Oğuzlardan 15 min, 100 min baş qoyunu olan gördüm.
Başqırdlar: Başqırdlardan çox qorxurduq. Çünki türklərin ən zərərliləri və insan öldürməyə ən düşkün olanlarıdır. Onlar saqqalarını təraş edər, bitləri yeyərlər. Paltarlarının tikiş yerlərini axtarıb tapdıqları bitləri yeyərlər. Yanımızda onlardan bizə xidmət edən müsəlman olan biri vardı. Bir gün onu gördüm, paltarlarından bir bit aldı. Dırnaqları ilə onu əzdikdən sonra onu yaladı. Mənim ona baxdığımı görüncə “çox dadli” dedi.
Hər biri bir ağac parçanı zəkər (cinsi orqan) şəklində yonub üzərinə asar. Bir yolçuluğa çıxsalar və ya bir düşmənlə qarşılaşacaq olsalar onu öpər və önündə səcdə edərlər. ” Ey Rəbbim mənim üçün bunu belə yap” deyərlər. Tərcüməçiyə içlərindən birindən soruş. Bunun üçün dəlilləri nədir? Nə üçün tənasül üzvünü yaradan bilirlər? dedim. Soruşduğum adam cavab verdi ki, ” çünki, mən onun bənzərindən çıxdım. Ondan başqa məni yaradan bir şey tanımıram.” dedi.
Aralarında bəziləri, 12 dənə ilahları olduğunu, qışın, yazın, yağmurun, küləyin və s. ayrı ayrı ilahları olduğunu yazarlar. Göydə olan Allah isə hamısının ən böyüküdür. Lakin o da digərləri ilə məsləhətləşərək hərəkət edər.
İçlərində ilanlara, balıqlara tapanları gördük. Bir qismi durna quşuna tapırdı. Mənə anlatdığlarına görə durna quşuna tapanlar, bir gün düşmənlərindən bir qəbilə ilə hərb edərkən məğlub olmuşlar. Bu zaman düşmənlərinin arxasından durnalar bağırmağa başlamış, onlar da bundan dəhşətə düşüb qalib durumdaykən qaçıb məğlub olmuşlar. ” Bunlar bizim ilahlarımızdır., etdikləri meydanda, düşmənlərimizi məğlub etdilər.” demişlər. Durnalara ibadət etmələrinin səbəbi bu imiş.

Bulqarlar

Bulqarlar köpəklərin havlamasını uğurlu sayarlar. Onlar belə bir şey eşidincə sevinərlər. O ilin bolluq, bərəkət və sülh ili olduğunu düşünərlər.
Bulqar ölkəsində çoxlu ilan var. Hətta, ağacın bir budağına on və daha çox ilan dolanır. Bununla belə ilanı öldürməzlər.
Buğda və arpanın bol olmasına rəğmən ən çox darı və at əti yeyərlər.
Onların ölkəsində ən çox gördüyüm ildırımdı. Bir evə ildırım düşüncə ona yaxınlaşmıyıb, içində olan insan, əşya və digər şeylərlə öz hallarına buraxarlar. “Bu ev sakinləri Allahın qəzəbinə uğramış kimsələrdir ” deyərlər.
Qadınlar və kişilər bir yerdə çaya girərlər, çılpaq halda çimərlər. Bir birlərindən qaçmazlar. Amma zina etməzlər. Zina onlara görə ən böyük günahdır. Zina edənin boynundan aşağıya qədər balta ilə iki hissəyə ayırarlar. Qadin və kişini iki hissəyə böldükdən sonra hər parçasını bir ağaca asarlar.
Qadınlar üzərkən kişilərdən qaçsınlar deyə çox çalışdımsa da bacarmadım
Oğrunu da zina edən kimi öldürürlər.
Bulqarlar arasında beş min qadın və kişidən ibarət Harancər deyə tanınan böyük bir ailə gördük. Hamısı müsəlman olmuş, namaz qılırdılar. Amma quran oxunmasını bilmirdilər. Bəzilərinə namaz qılacaq qədər quran öyrətdim.
Mənim əlimlə Talut adında biri müsəlman oldu. Ona Abdullah adını verdim. Ona Fatihə, İxlas surələrini öyrətdim. Bu iki surəni öyrəndiyi üçün duyduğu sevinc, Bulqar hökmdarı olsa idi duyaçağı sevincdən çox idi.
Ölünün arxasında qadınlar yox , kişilər ağlar. Belə ki, bir adam öldüyü gün kişilər gəlib ölənin qübbəli çadırının qapısında durarlar. Ən çirkin və ən vəhşi şəkildə bağıraraq ağlamağa başlarlar. Onların ağlaması bitdikdən sonra, əllərindən dəridən hazırlanmış qirmanclar olan kölələr gələrlər. Davamlı şəkildə ağlayıb, əllərindəki qırmancları yanlarına və çılpaq yerlərinə vururlar. Ölənin qapısına bir bayraq sancarlar. İki il matəm davam edər. İki ildən sonra çadırın qapısından bayrağı endirirlər, saçlarını kəsərlər. Ölünün qohumları bir ziyafət hazırlar. Bununla da, yasdan çıxdıqlarını elan edirlər. Dul qalan arvadı var isə bundan sonra evləndirilir. Bu şəkildəki cənazə mərasimləri rəislər üçün edilir. Xalq isə bunun ancaq bir hissəsini yerinə yetirir.

MariaTudor.com saytında tarixə səyahətə davam:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir