İbn Batuta Səyahətnaməsində Türklər

Türklər çörək və qatı yeməklər yeməzlər; “düki” adını verdikləri bir malzəmədən yemək hazırlarlar. Öncə suyu atəşin üzərinə qoyarlar,Qaynayınca düyüdən bir parça içinə atarlar. Yanlarında ət varsa onu əzib qaba qoyarlar və bərabər bişirirlər. Yemək bişincə hər kəsin payını boşqablara qoyub servis edərlər. Yeməyin üzərinə qatıq tơkərlər. Yeməkdən sonra qımız içərlər.

Türklər yaxşı xasiyyətli, qüvvətli və cəsur insanlardir. Bəzi vaxtlarda “borani” deyilən xamır çörəyi yiyərlər. Bu yemək kiçik kəsilmiş xəmir parçalarıdır. Bunların ortasından dəlik açıb tavaya qoyarlar. Bişəndən sonra üzərinə yoğurt töküb yeyirlər. Düyüdən hazırlanan növləri də var.

Şirin yemək onlata görə ayıb sayılır. Ramazan ayında Sultan Özbəyin hüzurundaydım. Daima süfrələrində at və qoyun əti vardı. Ayrıca “rişta” (əriştə) deyilən və bişdikdən sonra sütlə qarışdırılarak bir şorba da hazırlanmışdı.

Yeməkdən öncə kiçik kasalarda ağ su gətirdilər, hər kəs onu içdi.

– Bu içilən nədir? – deyə soruşdum.

– Dühn suyudur! – dedilər.

O gecə dostlarımın hazırladığı şirniyyatdan bir qab sultana verdim. Sultan sadəcə barmağıyla toxunmaqla kifayətləndi, bir daha əlini vurmadı. Tülük Tümurun anlatdığına görə sultan bir gün nəvə-nəticələrinin sayı qırxa çatan hörmətli bir qapıquluna belə demişdi:
Bu şirniyyatı yesən hamınızı azad edərəm. Ama adam belə cavab vermişdi: “Məni öldürsən də yemərəm.”

Türklərin oğurluqla bağlı cəzaları çox ağırdır. Heyvan sürüləri çobansız otlaya bilirlər. Yanında oğurluq heyvan olan onu geri verməli və həmin heyvandan əlavə olaraq 9 dənə sahibinə verməyə məcburdur. Egər bunu ödəyəcək gücü yoxdursa uşaqları alınır. Uşağı yoxdusa öldürülür.

MariaTudor.com saytında tarixə səyahətə davam:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir