İbn Batuta Səyahətnaməsində Hulakilər

İbn Batuta Səyahətnaməsində Hulakilər

İki İraq deyilən bölgənin və Xorasan hökümdarı, Ebu S . “Xan” buralıların dilində hökümdar anlamındadır. Bu adamın atası tatar xanlarından islamiyyəti qəbul etmiş Məhəmməd Xudabəndədir. Adında ixtilaf vardır. Bəziləri Xudabəndə oxumuş “dal” hərfi ilə. Ama “bəndə” kəlməsinin oxunuşunda ixtilaf yoxdu. Bu durumda kəlmə ” Allahın qulu” anlamına gəlir
Ancaq bəziləri bu adamın adı ” Xarubəndədir” deyirlər. Xaru farsca “eşşek” anlamındadır. Yəni “eşşək xidmətçisi”. Bəziləri deyir ki, Tatar xanları yeni dünyaya gəlmiş uşağa ad verərkən evə ilk girən adama etibar edirlərmiş. Hökümdar doğularkən evə eşşeklərə baxan xidmətçi girmiş, bu üzdən bu adı almışdı.
Məhəmməd Xudabəndə müsəlman olmamışdan öncə rafizi alimlərindən Cəmaləddin Mutahharla dost olmuşdu. Cəmaləddin rafiziləri öyərək digər məzhəblərdən daha tutarlı olduğunu anlatdı. Xilafət məsələsinə də toxunaraq hz. Ebubəkrin və hz. Ömərin Peyğəmbərimizin vəzirləri olduğu, hz. Elinin isə peyğəmbərimizin əmisi oğlu və kürəkəni olması səbəbilə xilafətin varisi olduğunu anlatdı. Sultanın əlindəki mülkün ata- baba yolu ilə almasını misal çəkərək imaməti izah etdi. Sultan ilk öncə anasının təsiri ilə xristiyan dinini mənimsəmişdi. İslami mövzuları çox bilmirdi. Cəmaləddinin sözlərinə inanaraq xalqı rafizi məzhəbinə soxmağa çalışdı. Bunun üçün İraq, Fars, Azərbaycan, İsfahan, Xorasan və Kirman əyalətlərinə fərmanlar yazdı, elçilər göndərdi. Fərmanın ilk çatdığı yerlər Bağdad, Şiraz və İsfahandı
Bağdadın Babül-Ezc səmtinin əksəriyyəti Hənbəli məzhəbi olduğundan; “dinləmirik, boyun əymirik!dedilər. 12 min nəfər bir araya gəlib silahlandılar və fərmanı gətirənin olduğu məscidə getdilər. Onlar Bağdadın barmaqla göstərilən cəngavərləri idilər. Xətib normal xütbəni dəyişdirir, ya bir şey əlavə edər, yaxud əksik oxuyarsa onu və sultanın elçisini öldürəcəklər, sonra da özlərini qədərə təslim edəcəkdilər. Sultan 3 xəlifənin adını xütbədən çıxarmağı əmr etmişdi. Öldürülməkdən qorxan xətib xütbəni hər zamankı kimi oxudu. Şiraz və İsfahan xalqı da, bağdadlılar kimi hərəkət etdi. Elçi saraya gəlib olan bitəni anlatdı. Yazı Qarabağda keçirən Sultan üç şəhərin qazılarının hüzuruna gətirilməsini əmr etdi. Öncə Şiraz qazisi Məcdüddin gətirildi. Sultan həmin qazinin köpəklərə verilməsini əmr etdi. Boğazlarında zəncir olan bu köpəklər iri bir cinsdən idi və tək vəzifələri insan parçalamaq idi.
Heyvanlar Mecdüddinin üzərinə hücum etdilər. Amma ona yaxınlaşdıqca yavaşladılar və quyruqların sallamağa başladılar.
Sultan hadisəni eşidən kimi sarayından ayaqyalın çıxıb qazının önündə diz çöküb ayağlarını öpür, əlindən tutub öz əlbisəsini ona geydirir. Bu onlara görə ən böyük sayğı əlamətidir
Şiə məzhəbindən dönür, xalqın əhli sünnət məzhəbində qala biləcəyinə dair ölkənin hər yerinə fərmanlar göndərir. Qazıya Cemkan ətrafında yüz kənd verir və Şiraza yola salı

MariaTudor.com saytında tarixə səyahətə davam:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir