Farslar

Farslar

Məsudi yazır ki, Cərir b. (Atıyye b.) el-Hatefi et-Temimi, yazdığı uzun qəsidədə Qahtan oğullarına qarşı farsların və rumların İshak oğullarının soyundan, peyğembərlərin isə İshaq oğlu Yaqubun soyundan olması ilə öyünür. Bəzi farslar İsmayıl oğullarına qarşı babaları İshak ibn İbrahim ilə fəxrlənmiş, çünki onlara görə qurban edilmək istəyən İsmayıl deyil, İshakdı. Hətta Beşşar b. Burd bir şerində:

Həcər oğulları! Bilirsiniz siz gerçəyi
Eləsə bu qürur,bu təkəbbür nəyin nəsi!
Sizin ananız deyildimi fi tarixində,
Bizim gözəl anamız Saranın cariyəsi?
Hökümdarlığ da bizimdir, peyğəmbərlər də
İnkar edərsəniz bunu ödərsiniz bədəlini!

Deyə başlayan uzun bir qəsidə yazmış; Abdullah ibn əl-Muğtaz ona cavabən başqa bir uzun qəsidə qələmə almış və hər beytinə bir beytlə qarşılıq verərək “…..bir itin hürməsini eşidirəm….haşa, İshaq sizin babaniz ola bilməz..” kimi sözlər sərf etmişdir.

Bəlkə də, bu inanc onlara yəhudilər vasitəsilə keçmişdir, çünki İshaqın qurban olaraq seçilməsi yəhudi inancıdır. Yəhudilər sonuncu peyğəmbərin İshaqin nəslindən çıxacaqlarını gözləyirdilər. O üzdən yeni dini qəbul etmədilər. Fars hökmdarı Kirin yəhudilərlə geniş əlaqələrinin olması, yəhudiləri Babil əsarətindən qutarması, Tövratı rəsmi şəkildə kitab halina salması, Daranın sarayında yəhudi müşavirlərin olması və s.bizə məlumdur. Etraflı məlumat üçün Nasir Purpirarın “12 əsr sükut” kitabına baxa bilərsiz.

Farslar iqtidar əllərindən gidənə qədər heç bir əsirdə, haqsız qəsb yoluyla taxtı ələ keçirənlərin dışında, Efridunun oğullarından başqasının hökmdar olduğu şəklindəki sözlərə etibar etməzlər. Farsların sələfləri, Beytül Harama gedər, orda babaları İbrahimə təzim etmək, onun hidayətinə tutunmaq və soylarını qorumaqçın təvaf edərlərdi. Oranı ən son ziyarət edən Sasan b. Babəkdir. Farslar ilk Sasani hökmdarı olaraq onu göstərirlər.

Sasan Kəbəni ziyarət etdiyində, onu təvaf edər və İsmayıl quyusuna gəlincə təpinirdi. Onun və digər farsların təpinməsi səbəbiylə bu quyuya Zəmzəm quyusu adı verilmişdi. Eski dönəm şairlərindən biri bu mövzuda belə söylər:

Təpindilər farslar Zəmzəm üstündə,
Dədələri də belə edərdi əskidən bəri.

Gördüyünüz kimi Farslarla ərəblər arasında islamiyyətdən öncə də ixtilaf vardı.

Mənbə: Məsudi – “Muruc əz Zəhəb”

MariaTudor.com saytında tarixə səyahətə davam:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir