Dağıstan Xalqları

Dağıstan Xalqları

Qədim müəlliflərə görə Dağıstanda 72 xalq yaşayır. Nəzərə alaq ki, qədim dövrdə ancaq 72 dil tanıyırdılar. 1926-cı ildə SSRİ-nin siyahıya almasına görə burada 32 xalq qeydiyyata alınmışdır.

Məsudinin verdiyi məlumata görə (944) Dağıstan 3 hissədən ibarətdir:

QAYTAQ: Bura Dərbəndin şimal tərəfidir. Hökümət mərkəzi Səməndər, yəni Tarxidur ki, Xəzər xaqanlığının paytaxtı olmuşdur. Salman ibn Rabiə buranı tutduqdan sonra xaqan paytaxtını Atilə köçürmüşdür. Səməndər əhalisinin çoxu xəzərlər, müsəlmanlar və yəhudilər idi.

SƏRİR: Dərbəndin şimal qərbində, üç mənzillik məsafədədir. 12 min ailədən ibarətdir. Sərir padşahı Filanşah adlanıb, xristian dinində idi. Nizaminin dediyinə görə buranın Sərir adlanması Keyxosrovun taxt-tacının burada bir mağaranın içində olmasından qaynaqlanmışdır. Bəzilərinin dediyinə görə ölkənin padşahı qızıl taxt üzərində oturduğundan bu ölkə Sərir adlanmışdır.

DAĞLIQ QUMUQ: Əhalisi xristiyandır. Padşahları olmadığından öz rəislərinə itaət edərlər. Kəndlər bir birinə yaxın olduğundan, bir xoruz banlayanda bütün kəndlərin xoruzları banlardı.

Dağıstanda yaşayan tayfalar

Kəsək tayfası çox, amma dağınıqdır. Əgər birləşsəydilər hamına qalib gələrdilər. Kəsək tayfası çərkəzlərdir. Onları rus tarixçiləri kasoq, osetin tayfasını isə kasoq adlandırırdılar.

Hun tayfası Ğun adlanırdı. Moisey Xorenasinin məlumatına görə, V əsrdə Xəzər dənizinin qərb sahillərində yaşayırdılar. İndi yeri məlum olmayan Varçan bunların ən böyük şəhəri idi. Simaca kafir, qaniçən, talançı olan bu tayfa qədim zamanlarda Çin hüdudundan Qıpçaq çölünə və Xəzər dənizi ilə Qara dənizi arasına gələrək  çox zülmlər etmişdilər. Bunların padşahı Atilla Macarıstanı özünə tabe edib, hətta Konstantinopoldan belə xərac almışdır. Qunib kəndi adını bu tayfadan almışdır. 100 evdən ibarətdir. Əhalisi bəd xasiyyət olub bir birləri ilə vuruşurlar. Boyları qısa və surətcə çirkindilər. Ətrafdakı əhalidən fərqlənirlər.

IV əsr tarixçilərindən Ammian Marselli yazır ki, “ğunlar öz üzlərini bıçaqla çərtirdilər ki, saqqaları çıxmasın. Onların əksəriyyəti çirkin, boynu yoğun olub heyvana bənzəyirdilər. Bitkilərin yarpaq və köklərini, əti yəhər altında qızardıb yeyirdilər. Evləri yox idi. Ev arzulamırdılar. Çöllərdə, dağlarda, meşələrdə keçinirdilər. Paltarları kətandan və heyvan dərisindən olub bədənlərində çürüyərdi. Ancaq camaat müşavirəsi zamanı atdan enərdilər. Qanun bilməyən, yalançı və dinsiz idilər”.

Dağlılara ləzgi adının verilməsi laz tayfası ilə qarışdığına görə ola bilər. Lazlar miladın III əsrinin sonunda Kolxidada yaşayırdılar. Lazlar V əsrdə alban və iberlərlə yanaşı Bizans və Sasni arasındakı gedən müharibələrə qarışırdılar. VI-VII əsrlərdə burada Debunların dövləti mövcud idi. Bunların Quban və Xoyraz adlı padşahları şöhrət tapmışdır. Bu tayfanın qalıqları indi də Qara dənizin cənub-şərqində yaşayıb, özlərini Layiqi adlandırırlar. “Həbibussiyər” müəllifinin məlumatına görə Ermənistan ölkəsinə tabe olan Tiflis Osman ibn Affanın dövründə Həbib ibn Səlma tərəfindən ələ keçirildi. Burada zəbt edilən ərəb dirhəmləri buna sübutdur.

İberiya dağlıq yerdə olub Dağıstanın qərb tərəfindədir. Erməni tarixçiləri gürcüləri ivros, yəni dağlı adlandırmişdılar.

Ammian Marsellinin məlumatına görə Alanlar massagetlrin nəsilləridir. Şəmşirpərəst dinindədilər, qılıncı yerə sancıb ona səcdə edərlər. Bir çox adətləri hunlarla eynidir. Prokopi alan tayfasını böyük Get anlamında Getin nəslindən hesab edirdi. Fransız şərqşunası Degin alan sözünü alin dağlı çənasında izah edir, bildirir ki, alanlar keçmişdə Altay dağlarında yaşadıqları üçün bu adı almışdılar. Dərbəndnamə müəllifinin məlumatına görə Babi-Alan qapısı Şabran mahalının Gilgilçay səddinin yerində olmuşdur. Səddin xarabalıqıları indi də durur. Deyilənlərə görə sədd İsgəndər tərəfindən salınmış, Nuşirəvan tərəfindən təmir edilmişdir. Burada Əlixanlı kəndi yerləşir ki, çox gumanki. bu ad Alğonlu adının təhrifə uğramış formasıdır. Alan adı məşhur olduğu üçün erməni müəllifləri Qafqazın şərq tərəfində yaşayan bütün xalqları alan adlandırırdı.

Samur nahiyəsindəki Mikrah kəndinin və Qazıqumux əhalisinin  çoxu ruslardır. Onlar xəzərlərin istilası zamanı buraya gəlmişdilər. Qazıqumux əhalisi indi də bir birilə salamlaşarkən papaqlarını götürüb “izrov” deyirlər. Bu söz yəqin ki, “Zdorov” sözündən alınmışdır. Qazıqumuqda 3 tayfa yaşayır: Qaççı, Məcçə və Qumuq. Ehtimal ki, qaççilər hun, slavyan, xəzər və avarların nəslindən olsun. Məçcə Məkkə sözünün dəyişmş forması olub, Qureyş qəbilələrindən hesab olunur. Qumuqlar da Kamak tayfasının varisləridir.

Avarlar Hunların nəslindən hesab olunur. II əsrdə türklər tərəfindən məğlub edilən avarlar cənuba gəlmiş, başqa tayfalarla qaynıyıb qarışmışdılar. Qəbirlərindən tapılan şeylərdən məlum olur ki, bunlar o qədər vəhşi olmamışdılar. Avar xanına avar usmisi deyirlər. O 1727-ci ildə rus ordugahına gələrək dedi ki, keçmişdə mülki əlindən çıxmış əcdadı rus padşahının köməyi ilə yerinə təyin edilmiş və bu xüsusda rus padşahının verdiyi fərman indi də durur. Lakin  fərmana baxanda məlum oldu ki, bu fərman rus ölkəsini ələ keçirən Batı xan tərəfindən verilmişdir. ( Abbasqulu ağa Bakıxanov Gülüstani-İrəm)

Evliya Çələbi səyahətnaməsində çərkəzləri belə təsvir edir: Çərkəzlər kafir və müsəlman deyillərdir. Kafir desən səni anındaca qətl edərlər,lə iləhə illəlah desələr də donuz əti yeyirlər, donuzu olmayana pis baxarlar, namaz qılmazlar, oruc tutmazlar, qiyaməti inkar edərlər. Deyirlər ki, insan ot kimi ölüb gedər. Axçaları olmadığından dəyiş-toxuş edərlər. Məzhəbləri məcusilərdir. Fars dilində çərkəz  sərkeş baş alıb gedən anlamında yozulur. Çərkəzlər sırıqlı adam görsələr ona hacı deyərlər. Özləri çörək yeməzlər, amma hacı görsələr çaku dedikləri çörəkə qonaq edərlər. Çox su içməzlər. Bir pis xasiyyətləri var, 100 yaşında qocaları belə saqqaların təraş edər. Bəzi kasıbları yeməkdən sonra əllərinin yağın saçlarına sürtərlər, əyanları isə əllərin yerə silər. Ağac sufrələri meydana gəldikdə bir bal mumu düzəldib yeməkdən öncə ona “Danu danu mamaluk”deyib səcdə edərlər. Yeyib qutarandan sonra da yenə eyni şeyi təkrar edərlər. Onlarda qonaq qalsan s’nin uğruna hər şeyi edərlər, kasıb olsa qonşudan borc alar səni yedirdərlər. Qızları qonağı bitləyib yataqa salarlar. Qonaq qızlara başqa nəzərlə baxsa onu öldürərlər, amma bu qızlar cariyə, qul olarsa heç bir şey etməzlər.

Tatarlardan biri çərkəzin arabasından bir dənə balığı oğurladı deyə çərkəzlər üç tatarı öldürdülər. Çox şədid və məlun qövmdür, amma igiddirlər, oğurluq bunlarda şərəfli peşə sayılır, oğurluq etməyənə qız verməzlər.

Takaku əşirəti 8 minlik tayfadır. Ərəbistandan gəliblər. Döyüşkən qövm deyillər. Nə tatarlar nə Çərkəzlər nə Abazalılar bunları incitməzlər. Bu tayfanın heyvanatı dağlarda çobansız otlayar nə qurd nə harami onlara toxunmaz. Saqqalıdırlar. Haqqa səcdə edərlər, ama qiyamət, mizan tərəzi bilməzlər. Burada toyuq və donuz yoxdur, “toyuq və donuz nəcasət yeyərlər” deyərlər. Onları ətin əsla yeməzlər. Şərab içməzlər. Çərkəzlərdən fərqli məzhəbləri olduğuyçun çərkəzlər bunlara “cuhud qövmü” deyərlər. Ona görə çərkəzlər bunlara toxunmazlar.

Bozoduklar  palıd ağacından sandıq düzəldib ölülərin sandığa qoyarlar. Sandığın başından və ayağından bir dəlik açarlar. Sandığı ağaca sarıyarlar. Əgər arılar bu dəliklərdən keçib sandıqda bal şanı qurarlarsa ölümüz cənnətlikdir deyib sevinərlər, qurmazdılarsa ölümüz cəhənnəmlikdir deyib ağlaşarlar. Sonra o ölünün ruhuyçun bir neçə donuz kəsərlər. İnanclarına görə ölü baş ucundakı deşikdən cənnətə baxar, ayaq ucundakı deşikdən isə cəhənnəmə baxar.

Kalmııklar məcusi bir qövmdür. Amma bunlarda böhtan olmaz. Zina və livata nədir bilməzlər.Əti əsla bişirməzlər, çörək yeməzlər, bəlkə çörək yesələr çörək ürəylərinə yapışıb ölər. Bütün kalmıkların 12 padşahı, 12 tayfası var. Heyvan naxırlarının sayını Allah bilir. Cürbəcür məzhəbləri var. Bəziləri məcusi, hululiyyə, inəkpərəst, aya və günəşə səcdə edərlər. Gözləri balacadır. Ancaq istəsələr məğribdən məşriqi görə bilərlər. 5-10 addımlıqdan baxan elə bilər ki, kalmıkın gözü yoxdur. Kor zənn edərsən, ancaq gecə ipi iynəyə keçirərlər. Anadan olanda bəziləriinin gözü köpək balası kimi bir həftəyə açılır,bəzilərinin gözün isə ustura ilə açıb duz sürtərlər. Bu tayfanın başı Adana qabağı boydadır. Əlləri nə qədər uzundursa qulaqları da o qədər uzundur. Kişilərinin qaşları və kiprikləri yoxdur, üzləri yastıdır. Boyunları qısa və yoğundur. Atlara mindikləri zamanı əyri ayaqları atın qarnın qucaqlayar. Vücudlarında tük olmaz, kosadırlar. Diş ağrısı nədir bilməzlər, inci kimi dişləri vardır. Azı dişləri dəvə dişlərini xatırladır. İsti yemək yeməzlər. Hüluli məzhəbində olduğundan əsla ölümdən qorxmazlar, ölsəm filan arvadın qarnındakı uşaqa girib yenə dünyaya gələrəm deyirdilər. Bəzi kalmıkar 200-300 yaşına çatıb taqətdən düşəndə qohumları onu gəzdirməkdən yorulub donuzun quyruğun bişirib qocanın ağzına doldurub boğub öldürürlər. Sonra şəhid oldu deyirlər. Öləndə bir birlərin leşin yeyərlər. Əgər bir insan ölərdisə kura çəkirdilər. Qırmızı tərəf düşərdisə odda yandırradılar, qara düşərdisə torpaqa basdırardılar, mavi tərəf suya atırdılar, yaşıl düşərsə bişirib yeyirdilər. Hətda bir gün böyüklərdən birinin oğlu ölmüş,onu deyə gülə kabab edib yedilər. Məni də süfrəyə çağırıb gəl padşahımızın oğludur, gəl sən də ye. Mən dedim: Adam əti də yeyilərmi?!” Onlar cavab verdi,niyə yeyilməsin, biz onu yeyəndə canı birimizin canımıza girib ölməz. Babamız ilan və donuz ətindən sonra insan ətindən dadlı bir şey yaratmamışdır” deyə cavab verdilər. Peyğəmbər, 4 kitab, fərz, sünnət nədir bilməzlər. 40-50 nəfər şahzadəni yeyib yağın üzlərinə, bədənlərinə sürtdülər. Sümüklərin basdırdılar. Rumun və Badrak tatarlarından əsir tutsalar kura atmadan bişirib yeyərlər.

Bir qoca kalmıka adam əti də yeyilərmi, acı deyilmi? soruşdum. Cavabında dedi ki, “acıdır, sən yemə. Dadın bilmək istəyirsənsə. bir arvadı bir kərə öp, gör necə ləzizdir. Əgər adam əti yesən sən də bizim kimi çox yaşayarsan”.

Arvadları üzü açıq gəzər. Kişiləri nə qədər çirkindisə, qadınları bir o qədər gözəldir. Nigah nədir bilməzlər. Kura ilə evlənirlər

Tarku şəhəri əhalisi şafi məzhəbidir. Əcəmləri sevməzlər. Qızılbaşlarla cəng edərlər. Onlarla ticarət etməzlər. Moskva vasitəsi ilə ticarət edərlər. Saqqalsız adama salam vermezler, onlarla süfrəyə oturmazlar.” Sən sünnü olsaydın saqqalını qırxmazdın” deyirdilər. “Nə var ey yoluğ kişi” deyib saqqalsız adamı yanlarına buraxmazdılar.

Kaytak tayfası.20 mindilər. Dağıstan hüdudunda yaşayırlar. Aras və Şəki şəhərlərinə bazara gəlirlər. Piyada gəlib, Şəki arabalarına minirlər. Qazan başlı, torba saçlı, çiyinləri bir adam oturacaq qədər geniş, yumru gözlü,qırmızı sifətli nur üzlü kişilərdir. Şafi məzhəbindədilər. Şişman və iri gövdəli adamlar olduğundan at və qatır onları daşıya bilməz. Salam verib keçəndə sanki bir sürü Dəccal qövmü keçər. Oğuz tayfalarıdır. Şirvan, Şamaxı, Gilan xalqının maskarasıdır. Oğuz tayfalarıdır. Dilləri qədim moğolcadır.

(Evliya Çələbi, VII cild, III cild.)

 

 

MariaTudor.com saytında tarixə səyahətə davam:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir