Azərbaycanda Malakanlar

Azərbaycanda Malakanlar

Malakan isminin altı fərqli anlam daşıdığı, bunlardan beşinin dini mahiyyət kəsb etdiyi söylənilir. Ən yayğın görüşə görə Ortodoksal kilsəsi pəhriz dönəmində süd və süd məhsulları yeyən və kilsədən ayrılan qrupa ruscada süd içənlər mənasını verən malakan adını vermişdir.

İvanovka İsmayıllı rayonuna bağlı 3.000 əhalisi olan kənddir. Malakanlar və Dukhoborlar bura 1828-ci il Türkmənçay müqaviləsindən sonra köçürülməyə başlamışlar. Malakanların verdiyi bilgiyə görə, 1834-cü ildə 11 Malakan ailəsinin burda yerləşməsi ilə İvanovka kəndi qurulmuşdur. Daha sonra 1949-cu ildə Dağıstandan gələn ləzgilər və 1950-ci ildə Azərbaycan türkləri burada məskunlaşmışdılar. Kənddə 2500 xristiyan, 500 müsəlman yaşamaqdadır. Sovetlər sistemində qurulan kolxoz sistemi burda hələ də qalmaqdadır.

Malakanlardan ilk dəfə XVIII əsr ruz yazılı qaynaqlarında bəhs edilməyə başladı. Bu dönəmdə Rusiyada Qərb dəyərləri yayılmağa başlayırdı və bu dəyərlər rus kəndlisinin dini inanclarına və yaşam tərzinə müdaxilə etməkdəydi.

Bir kəndli hərəkatı olaraq meydana çıxan malakanizm orta əsr kəndli hərəkatlarında fərqli bir yol seçmişdir. İqtidarı ələ keçirmək üçün radıkal şüarlar irəli sürməmişdilər. Hətta qətliamlar və soyqırımlar qarşısında səssiz qalmışdılar. İsanın şiddət qarşıtı görüşlərini özlərinə düstur etmişdilər. Buna görə silah daşımaq, istifadə eləmək və hətdə hərbi uniforma geymək dinlərində yasaqlanmışdır. Məzhəbin yaradıcıs olaraq dərzi Semon Ukleyin olmuşdur. Malakanlar arasında ruhban sinfi yoxdur. “Presviteru” adlanan camaat rəhbərləri vardır. Amma presviterular ruhban sinfi kimi nə imtiyazlara malikdir, nə də dini işə çevirmiş xüsusi mütəxəssislərdir. Ruhban iyerarxiyasını rədd etməkdədirlər. Onların fikrincə ağıl sahibi, dürüst, toplum nəzdində hörməti olan hər kəs “presviteru” olub ayini yönəldə bilər.

Malakanizm yarandığı ilk günlərdən müxtəlif qollara ayrılmışdır. Musəviliyə yaxın olan Subbotniklər, ayinlərində hər cür coşğunluğu rədd edən Postoyanyilər və ayinlərində müqəddəs ruhun təsiri ilə vəcdə gəlib zıplayan Prygunlar malakanizmin içindən çıxmışdır. İvanovkaya gələndə eyni təriqətin daşıyıcıları olan insanlar günümüzdə baptiz, kharizmat və malakan camaatlığına bölünmüşlər.

Dinlərinə görə sürülməyi, qətl edilməyi gözə alan malakanlar Çarizm dövründə həm iqtidarla həm iqtidarın dəstəkləyicisi olan Rus Ortodoks kilsəsi ilə məsafə saxlamışdılar. Elə başa düşmək olar ki dindən uzaq duran bolşeviklərlə də münasibətlər bu formada davam edəcəkdi. Amma Sovet dövründə malakanların sahibləndiyini görürük. Hətta Qarsdakı 35 malakan kəndindən 32-si SSRİ ərazisinə köç etmişdir.

Bir Presviteru Ortodoks kilsəsindən ayrılmalarını İsanın həyatı ilə belə əlaqələndirirdi:
İncildə yazılır kı, yerə, torpağa, ikonalara (şəkillərə) tapmaq olmaz. Ancaq Allaha tapmaq lazımdır. Bu səbəblə kilsəylə mübahisə etmişlər. İsa dedi: məni qovdular, sizi də qovacaqlar. İsa bizim durumumuzu daha o zamanlar görmüşdü.” Malakan məzarlarına xaç işarəsi qoyulmaz. Malakanlar uzaqdakı qohumlar gəlib görsün deyə cənazəni 3 gün evdə saxlarlar. Presviteru 3 gün boyunca gəlib dua edər. Cənazə evdəykən gözəl paltarlar geydirilir. Qadına ağ paltar, kişilərə isə qara kostyum geydirərlər. Cənazənin ardından 7 və 40 mərasimləri verilir. Malakanlılar evlənincə atalarının evindən ayrılıb özünə ev tikər. Ondan sonra bir daha atasının evinə getməz. Valideynləri yaşlanib əldən ayaqdan düşsə də dönüb bir qab yemək verməz. Pragolga adlanan yığıncaqları öz yerini “diskotekaya” vermişdi. Müsəlmanların çayxana açmaq istəyinə malakanlar qarşı çıxmışdılar. Kəndin böyükü sədr “çayxana açılacağı təqdirdə hər kəs işləməyə təmbəllik edəcək” deyirdi. Malakanlılar isə ” zatən gün boyunca işdə oluruq. Nə zaman vaxt tapıb orda çay içəcəyik. Çay istərsək, çalışdığımız yerdə çay saatında çay hazırlaya bilərik. Bunun üçün başqa yer açmaqa nə lüzum var ki.

Malakanlarda əlavə pul yığmaq yasaq olduğu üçün əllərinə keçən pulları geyimə, mətbəxə xərcləməkdədirlər. Dinlərin də donuz əti yemək,şərab içmək, siqaret çəkmək qadağan olunsa da praktikada müsəlmanlar kimi bu qaydalara əməl edən yoxdur.
(Cagir Ceyhan Suvari-Rus köylü hərəkatından günümüzə malakan inancı)

Sonuncu Malakanlar

MariaTudor.com saytında tarixə səyahətə davam:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir