Arakan Tarixi

Arakan bayrağı

İngilislərin vaxtında Arakanın ərazisi 51.800 km2 idi. Arakan dar, dağlıq bir ərazidir. Yoma dağları ilə Birmadan ayrılır. “Uzaq şərqə açılan qapı” ünvanına sahibdir. Buddizm Birmadan əvvəl Arakanda boy göstərmişdir. Arakanda Naf, Mayu, Kaladan, Lemro, Ann, Tangup və Sandovay adında 7 çay var. Ən uzunu Kaladan çayıdır. Bu çaylar Benqal körfəzinə tökülür. Çaylar vasitəsilə Benqaliyayla əlaqə saxlamaq Birmayla əlaqə saxlamaqdan daha rahat idi. Bu səbəblə Benqaliyada meydana çıxan dinlər- buddizm, hinduizm və islam Arakana da təsir göstərmişdir. İslamın 1203-cü ildə Benqalda yayılması ilə buradakı müsəlmanlar Arakan üzərində önəmli mədəni və siyasi izlər buraxmışdılar. Arakanda 17 qəsəbə mövcuddur. Akyab Arakanın həm paytaxtı, həm də liman şəhəridir. Dəmir yolu yoxdur. Birma ilə əlaqə dəniz və hava üzərindən qurulur. Quru yolu 3 önəmli keçiddən istifadə olunur.

Fars dili Arakanı fəth edən Benqal sultanlarının saray dili olduğu üçün, 1845-ci ilə qədər Arakanın da rəsmi dili olmuşdur. Arakan krallarının islamı öyrənmələri 100 il sürmüşdür. Ancaq islamı tam anlamıyla öyrəndikdən sonra böyük Arakan imperatorluğunu qurmuşdular. Arakanın əvvəlki adı Rohingiyadır. Arakanda əsas iki etnik qrup var. Bunlardan islamı qəbul etmiş Rohingyalar və azınlık durumunda olan buddist Maglar.
Arakan təpələrində çoxu animist olan bir neçə qəbilə də yaşamaqdadır. II Dünya savaşında Arakan cəbhəsindəqulluq etmiş bir ingilis əsgəri Arakan müsəlmanlarının etnik xarakteri ilə bağlı bu ifadələri işlətmişdir.” Daha əvvəl gördüyüm heç bir hindli ya da Birmaliya bənzəmirlər. Adları, geyimləri və adətləri ərəblərə bənzəyirlər. Qadınlarda, xüsusilə də gənc qızlar da fərq ediləcək dərəcədə ərəb təsiri görmək mümkündür. ( Yəqin ki, dindən dolayı)
Buddist Magların kökü haqqında ən güclü iddia Hindistanda eradan əvvəl krallıq quran Magadha-Ray ailəsindən gəldiyidir. Hindistanda Mauriya sülaləsinin çöküşündən sonra Buddizm zəyifləməyə başladı və Hinduizmlə çatışmalara girdi. Buddistlər rəqib Mahayana Buddist təriqəti tərəfindən işgəncələrə məruz qalıb şərqə doğru qaçdılar. Bölgədə hökmranlıq sürən dindaşları Tibet-Birmalar və Moğollar ilə nigaha girdilər. Saf Ari irqinə aid xüsusiyyətlərini itirdilər. Həm hind həm moğol olan bu mələz irq, bu günün saf Tibet-Birma və Moğol irqindən asanlıqla ayırd edilir.
Əldəki bütün tarixi dəlillər Arakanın qədimlərdə Hind torpağı olduğunu söyləməktədir. Xronikaların krallar silsiləsinə dair verdiyi bilgilər, eradan əvvəl 2666 illərinə dayanır. Bu informasiyalardan ən güclü olanı Dhannavati Krallığı ilə bağlıdır.

İslamın Arakana Yayılması; Ərəblər dənizçilik fəaliyyəti ilə məşğul idi. Ərəb tacirlər və dərvişlər yerli xalq arasında təbliğat aparmağa başladılar. Özlərini dinə həsr etmiş bu insanların əxlaqları və vəzifələrini böyük eşqlə icra etmələri qısa müddətdə bir çox kişinin müsəlman olmasına səbəb oldu.
Tarixçi G. E. Harveyin də qeyd etdiyi kimi “Buddist ölkə X yüz ildən sonra yayılan islama qarşı duracaq durumda deyildi. Arakanlı qadınlar, islamın təsiri ilə Birmadakı qadınlardan fərqli bir həyat yaşamağa başladılar.

Arakan kralı Narameiklanın 1404-cü ildə qonşu Buddist Tripura ya da Hindu dövlətinə sığınmaqdansa müsəlman Benqalı seçməsini də vurğulamaq lazımdır. Benqal hökmdarı Sultan Qiyasəddin Əzəm şah tərəfindən çox yaxşı qarşılandı. Mənəvi lider Nur Kutub Aləmdən islamı öyrəndi. Bir tarixçinin dediyi kimi ” Buddizmdən uzaqlaşdı, yadlaşdı və islamın təsirinə girdi.”

Narameiklanın islamı qəbul etdikdən sonra aldığı isim Suleyman şah oldu. 1430-cu ildə Suleyman şah taxta oturdu. Zabuk şahın dövründə (1531-1553) Arakan imperatorluğa çevrildi. II Səlim şahın ( Tiri Tudamma) ölümündən sonra taxta buddist maglar keçdi.

1942-ci il Müsəlman Qətliamı;- Birma Yaponiya tərəfdən müharibəyə girdi. İngilislər çəkildiyində, Arakan bölgəsinin idarəsi bir budist mag olan U Kyav Khineye verildi. Bu magları son dərəcə məmnun etdi. Yaponlar 23 mart 1942-ci ildə Akyabı bombaladılar. Sağ qalan ingilis əsgərləri geridə çoxlu silah qoyaraq Akyabı tərk etdilər. Takin partiyası tezliklə Birmanın müstəqillik əldə edəcəyini düşünürdülər. Müsəlmanları bu xaos ortamında məhv etməliydilər ki, müstəqillik əldə etdikdən sonra onlara problem yaratmasınlar. Buddist magları müsəlmanların üzərinə qışqırtdılar. Buddist maglar Birma idarəsi altında yaşamağı müsəlmanlarla bir arada azad yaşamaqdan üstün tutdular. 28 mart 1942-ci ildə müsəlman qətliamı başladı. Müsəlmanlar qanlarının son damlasına qədər mücadilə etsələrdə güclü silahlara sahib Takinlərin qarşısında sonacan dirənə bilmirlər. Lemro çayı məsum insanların qanına boyanmışdı. Lengvinin müsəlman kəndliləri əllərində tək bir silahla Maglara qarşı qəhrəmancasına dirəndilər. 100 mindən çox müsəlman öldürüldü, minlərcə müsəlman kənd yerlə bir edildi.

İngilis ordusu 1944-cü ilin sonlarına qədər Arakanı yaponlardan təmizlədilər. Arakan cəbhəsində yer alan bir ingilis bunları yazır. “Savaşdan öncə Arakanın tamamı həm maglar, həm də müsəlmanlar tərəfindən mühasirəyə alınmışdır. Bu savaş sonucu maglar ölkənin güney hissəsini, müsəlmanlar quzey hissəsini ələ keçirdilər. Müsəlmanlar çox əzimli və qeyrətliydilər. İndiyə qədər gördüyüm və savaşdığım taborlar qədər mükəmməl idilər. Yüz illərlə düşmən bir ölkədə yaşamalarına rəğmən həyatda qalmağı bacarmışdılar. Onları yəhudilərə də bənzətmək olar.

Arakanlı müsəlmanlar ingilis əsgərlərinə xidmət edirdilər. Gələcəylərini ingilislərin qalib gəlməsinə bağladıqları üçün ingilislər üçün savaşdılar və öldülər. Bir ingilis müəllif, bu insanların ingilislərə yardımları ilə bağlı bunu yazır.” Bu insanlar olmadan biz eşitməz və görməzdik. Onlar bizim gözümüz, qulağımız, nəşə qaynağımız oldular. Gələcəkləri bizim əllərimizdə idi. Arakanda xoşbəxt bir millət və ədalətli ölkə yarada bilərdik. Göstərəcəyimiz hər nəzakət və edəcəyimiz hər bir yaxşılıq bizə artıqlaması ilə geri dönəcəydi. Onların bizə qarşı göstərmiş olduğu ədalət və etmiş olduqları yaxşılıqlar bir gün geri ödəniləcəkmi?”. İngilislərin mövqeyi isə ortadadır. Yardım etdikləri kişilərin soyundan gələnlər , Rohingyaların Arakanın yerliləri olduqlarını belə qəbul etməzlər.

1978-ci ildə Arakanlıları bölgədən atmaq üçün “Nagamin” və ya ” Kral Dragon əməliyyatı” həyata keçirildi. Müsəlman qadınlara təcavüz edildi. Müsəlmanlar Banqladeş sərhədlərinə tərəf qaçmağa başladı. 300 min mültəci Banqladeş düşərgələrində yaşamağa başladı. Mültəci sayının çoxluğu dünyanın diqqətini bu bölgəyə çəkdi. Basqılar nəticəsində Birma geri addım atdı. 200 min müsəlman yenidən vətənlərinə döndü. 40 min mültəci isə düşərgələrdə can verdi.
1991-ci ildən sonra da müsəlmanların durumunda dəyişiklik olmadı. Banqladeşdən dəvət edilən buddistləri müsəlman torpaqlarında məskunlaşdırırdılar. Müsəlmanları buddist kəndlərinin salınmasında işlədirdilər. Onların əli ilə kəndlərin müxtəlif yerlərinə Budda heykəlləri qoyurdular. Müsəlmanların sayını azaltmaqda məqsəd müsəlmanların muxtariyyət istəylərinin qarşısını almaq idi. Bölgəni buddistləşdirmək planlaşdırılır. Müsəlmanlar əleyhinə kitapçalar paylanır. Bu kitapçalarda müsəlmanların digər dinləri basdırmaq istəyi, Birmanı islam dövləti halına gətirməyi planlaşdırdıqları yazılır. 2001-də Əfqanıstanda minillik Budda heykəlinin yıxılması gərginliyi daha da artırır.

Birma xuntasının 2005-ci ildə gətirdiyi daha bir qanun, Arakanlı müsəlmanların Qurban bayramını qeyd etməsinə aiddir. Arakanın quzeyində yaşayan müsəlmanların kəsdikləri qurbanlardan vergi alınmışdır.

2005-in yazında musson yağışlarının gecikməsi princin yetişməsini də gecikdirdi. Arakanlılar aclıqla üzbəüz qaldılar. 11 ildir Arakana qida yardımı edən Dünya Qida Proqramının yardımları, Birma xuntası tərəfindən heç bir açıqlama verilmədən əngəllənmiş; yazda gəlməli olan yardım sentyabrda Arakana çatmışdır.

28 may 2012 tarixində Ramri qəsəbəsində buddist Rakhinə bir qadının 3 müsəlman tərəfindən təcavüzə uğraması müsəlmanlara qarşı yeni bir şiddətin başlanğıcını qoydu. 3 iyun2012 ci ildə 10 müsəlman Taungopda avtobusla səyahət edərkən buddistlər tərəfindən linç edildi. Buna etiraz olaraq yüzlərcə müsəlman Maungdav şəhərindəki məscidə toplanmışdı. Çıxan çatışmalarda çox sayda müsəlman yaralanmış və öldürülmüşdü. Buddist fanatiklər və Birma polisi müsəlman kənd və qəsəbələrinə basqınlar düzənlədilər.

İnsan Haqları Acısından Mövcud Durum

1. Arakanda həbs edilmiş və işgəncə görən çox sayda müsəlman vardır, ancaq kimlikləri və sayları haqqında dəqiq bilgi yoxdur.
2. Qadınlara təcavüz edilməktədir.
3. Səyahət qadağasının yanında küçəyə çıxma qadağası həyatı tamamən iflic etməktədir.
4.Camilər, məscidlər, evlər, məktəblər yıxılmaqdadır.
5. Dövlətdən icazəsiz məscid və mədrəsələr təmir edilə bilməz. Buna nəzarət etmək üçün məscid və mədrəsələrin ildə 3 dəfə fotosu çəkilməlidir. İcazəsiz təmir yapılarsa 6 il həbs cəzası və para cəzası təyin edilir. Son 20 ildə yeni cami və mədrəsə tikilməsini icazə verilməmişdir.
6. Bütün ailə üzvlərinin yer aldığı bir fotoqraf hər il hökümət yetkililərinə təslim edilməlidir. Doğan hər cocuk və ölən hər ailə üzvü üçün dövlətə vergi verilməlidir.
6. Müsəlmanların səyahət azadlığı yoxdur. Bir müsəlman kəndindən digərinə getmək üçün dövlətə vergi verməli və icazə almalıdırlarş
7. Beton evlər tikməsi yasaq olan müsəlmanlar, evlərini taxtadan tikməlidirlər. Dövlətə aid edilən bu evlər yanlışlıqla yanarsa ev sahibi dövlətin evini yıxmaqdan 6 ilə qədər həbs cəzası alır.
8. Bir müsəlman iş yeri aça bilmək üçün bir buddistlə ortaqlıq qurmalıdırlar. Bu ortaqlıqda Buddist sərmayə qoymadan işlətmənin yarısına ortaq olmalıdır.
9. Müsəlmanlar heyvanları üçün hər il dövlətə vergi verməlidir.
10. Müsəlmanların evlənməsi iznə tabedir. Evlənmək istəyən müsəlman qadın və kişilər dövlətə ayrıca vergi ödəmək zorundadılar. Vergiləri ödəsələr belə dövlət icazə verməsə evlənə bilməzlər.
11. Müsəlmanlar xəstələndiyində dövlət xəstəxanasına gedə bilmirlər.
12. Müsəlmanlaər ən son liseyə qədər oxuya bilərlər.
13. Müsəlmanların dövlət işində işləməkləri qadağan olunub, bir müsəlman dövlət məmuru yoxdur.
14. Müsəlmanlar cib telefonundan istifadə edə bilməzlər.
15. Müsəlmanlar heç bir haqq almadan dövlət ya da buddistlərin həyətində işlədilir.
16. Müsəlmanların vətəndaşlıq haqları yoxdu. Müsəlmanlara üzərində “yabançılara aiddir” kəlməsi yazılan bir kimlik verilir. Heç bir keçərliliyi yoxdur. Sadəcə bilgi amaclıdır.

MariaTudor.com saytında tarixə səyahətə davam:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir