ABŞ və Xomeyni İnqilabı (1979)

ABŞ və Xomeyni İnqilabı (1979)

Biz bu yazımızı bu gün Amerika faktorundan istifadə edərək müsəmanlara özünü az qala qəhrəman kimi təqdim edən İran mollalarına həsr edəcəyik. Bu gün özünə qarşı olan muxalif olan fikirləri CİA-nın, Sionizmin dostlarının fikirləri kimi qələmə verən İran “aftafaları” əslində özləri kimin dəstəyi ilə hakimiyyətə gəliblər. Buna nəzər yetirəcəyik.

ABŞ qarşısında göstərilən cəsarətə görə Misir prezidenti Camal Abdulnasir Xomeynidən daha cəsur idi. Abdulnasir, hakimiyyətə keçdiyi gündən ölümünədək mediya orqanları ilə birlikdə ABŞ-ı tənqid etmiş, paralel olaraq ABŞ mətbuatı da Camal Abdulnasirə qarşı hücuma keçmişdir. Daha sonra Abdulnasirin rola girdiyi, Amerika əleyhinə olan danışıqlarının əslində CİA-nın öndə gələn nümayəndələrindən olan Miles Copeland tərəfindən qələmə alındığı ortaya çıxmışdır.

Buradan başa düşürük ki, üçüncü dünya ölkələri liderlərindən hər hansı biri  ABŞ-a  düşmənmiş görüntüsü yarada bilər, ingilis mediyası tərəfindən topa tutula bilər, amma əslində ABD-nin iş birlikçilərindən biri ola bilər.

Tehrandakı yeni rejimi tələm-tələsik  tanıyan ölkələrin başında ABŞ yer almışdır. İnqilab İsrail səfirliyini bağlıyarkən Amerika səfirliyinə toxunmamışdır. Baxmayaraq ki, Amerika İsraildən daha təhlükəlidir, İsrail öz mövcudluğuyçun Amerika Birləşmiş Ştatlarına borcludur. Amerika olmasa İsrail də çökər.

İran inqilabı ilə ABŞ arasında çox sayda görüşmələrin olduğunun bəzi dəlillərini gətirək:

Xəbər agentlikləri 12.02.1979-cu il tarixində Vaşinqtonda ABŞ prezidenti Karterə aid bir açıqlama dərc etmişdilər. Karter bu açıqlamasında İran inqilabının önə çıxan  liderləri ilə çox sayda  görüşlər keçirdiyini bildirmişdir.

21.01.1979 cu il tarixində Amerikalı keçmiş deputat Ramsey Klark, Tehrandan Parisə gəlmiş və İranlı muxalif lider Xomeyni ilə görüşərək xəbər agentliklərinin verdiyi məlumata  görə hadisələr haqqında düşüncələrini bildirmişdir. Xomeyni ilə vidalaşarkən bunları söyləmişdir:

“Bu inqilabın İran xalqı üçün sosial ədaləti bərpa edəcəyinə böyük ümidlər bəsləyirəm”

Sudanlı lider Sadiq əl Mehdi, əl- Mustakbəl jurnalına verdiyi müsahibədə girov məsələsi  ilə əlaqədar olaraq Amerika hakimiyyətinin onu vasitəçi seçdiyini söyləmişdir, sözlərinə əlavə olaraq Amerika höküməti ilə Xomeyni arasında vasitəçiliy etdiyi bu ziyarətin ilk olmadığını söyləmişdir.

Amerikan NBC televiziya kanalının bildirdiyinə görə İranın dini şəxsiyyətlərindən biri olan Şeyxulislam Radi əş-Şirazi, 4 ay boyunca Amerikada gizlicə müalicə almışdır. Amerika Xarici İşlər Nazirliyinin sözçüsü bunları söyləmişdir:” Şirazinin İrandakı hakim inqilab şurası ilə hər hansı bir əlaqəsi olmasa da, özü Ayetullah Xomeyninin dostudur. Girov məsələsinin olduğu bir dövrdə Xomeyni necə olur ki, dostunun Amerikada həyatına təhlükə olmadığına inanır. İnqilab şurası üzvlərinin adlarının gizli olduğunun bilinməsinə rəğmən Amerika Şirazinin bu şuranın üzvü olmadığı bilgisinə necə nail olmuşdu?!

Amerikali diplomat Bruce Langen Qum şəhərində Xomeyni ilə üç kərə gizlicə görüşmüşdür. Bundan başqa dördüncü görüşü paytaxt Tehranda gerçəkləşmişdir. Bruce, Kürd üsyan hərəkatına, SSRİ-nin bu hərəkatı maliyyələşdirməsinə aid bir dosya ilə gəlmişdir.

Qovulmuş Şah xatirələrində qeyd edir ki, general Huyserin Tehrana gəlişindən bir neçə gün sonra xəbərdar olmuşdur. Huyser, ABŞ Avropa Komandanlığının Baş Komutan Köməkçisi idi.” Onun Tehranda olması ABŞ-la əlaqələrimiz üçün vacibdir. Çünki, İran CENTO Paktının üzvüdür. Huyserin gəlişi öncədən xəbər verilirdi. Ancaq bu dəfə Huyserin gəlişindən xəbərimiz olmamışdı. Gizli gəlmişdi. Mənim generallarımın da Huyserin ziyarəti haqqında heç bir məlumatı yox idi. Huyserin ziyarətinə aid xəbər mediyaya çıxandan sonra Sovet mediyası “General Huyser, əsgəri zərbəni gerçəkləşdirmək üçün Tehrana gəldi” ifadələrinə yer vermişdir. Parisdən New York Herald  Tribune qəzeti, xəbərin düzəltməsini üstlənərək bunu ifadə etmişdir. Etməli olduğumuz tək şey, Huyserin görəvinin ” əsgəri zərbəni əngəlləmək” olduğunu ifadə etmək üzərinə “gerçəkləşdirmək” sözünü “əngəlləmək” sözüylə dəyişdirməkdir.”Şah sonra əlavə edir: Huyseri Tehrana etdiyi o qərib səfərdə sadəcə bir dəfə gördüm. Amerika səfiri Sullivan ilə  son görüşümdə səfir ilə birlikdə məni ziyarət etmək üçün gəlmişdi. İkisinin də zehnində tək bir sual var idi: Tehranı hansı gün, nə zaman tərk edəcəyimi öyrənmək!

General Huyser , mən Tehrandan 19 yanvarda ayrıldıqdan sonra  bir neçə gün daha qaldı. İran ordusu generallarını koalisiya hökümətinin başçısı olan Şapur Bəxtiyardan dəstəklərini çəkməsi üçün yola gətirməyi bacarmışdı. Huyserin bir işi qalmışdı: İran ordusu liderinin başını kəsmək. Böyük generallar bir birinin dalıyca öldürülmüşdü. İran Hava Qüvvələri komandiri general Rabinin edam edilməsindən öncə məhkəməsində müstəntiqlər ondan General Huyserin Tehranda nə kimi rol oynadığını soruşanda o belə cavab vermişdir: “General Huyser, imperatoru ölü bir siçan kimi ölkədən bayıra tulladı.”

İngilisləri dəyərləndirdiyi başlığın altında Şah, Amerikalıların onu iki ildir əndişələndirdiyini yazır: “Mənim üçün tək sürpriz, uzun müddət yan yana durduğum müttəfiqlərin zidiyyətli görüşləri deyildi. Nümayişçilər Britaniya səfirliyini atəşə verdiklərində generallarımdan birini elçilikdəki əsgəri ateşe ilə görüşməsi üçün göndərdim. Əsgəri atəşə bunu ” siz problemin ancaq və ancaq politik olaraq həll edilə biləcəyini anlamadınızmı.” deyə qışqıraraq qarşılamışdı. Bu, açıq aşkar bu anlama gəlirdi: Britaniya məndən muxalifətin basqıları qarşısında hakimiyyətdən əl çəkməyimi gözləməkdə idi. Senator Muhamməd Əli Məsudinin dekabr ayı sonunda  mənə bildirdiyinə görə Amerikanın Tehran Səfirliyinin birinci katibi George Lambrakis, ona Tehranda yaxında yeni bir rejimin qurulacağını söyləmişdi.

Katib haqlıydı, 11 yanvarda , general Huyserin İrana etdiyi anlaşılmaz ziyarətin sonrasında İranda deyil, Vaşinqtonda mənim Tehranı tərk etmək  üzərə olduğum elan edildi. Bundan sonra 5 gün sonra imperatriça ilə birlikdə sürgün yerinə doğru uçduq.

Cimmi Karterin Amerikası bu səbəblərdən ötrü başından bəri şaha qarşı idi:

—Şah Demokrat Partiyası ilə tərs düşməkdə idi. Respublikaçılarla yaxın dostluq əlaqələri var idi və Konqres üzvlərinin çox hissəsi  Şaha özünü OPEK şahinlərindən biri olaraq gördüyü üçün qarşıdır. Neftin qiymətinin artmasının səbəbi də şahdır. Qərbi Avropa ölkələri, petrol qiymətlərindəki artışın kommunistlərə, İtalyan Kommunist Partiyasının əldə etdiyi zəfərlərə bənzər tərzdəzəfərlər qazanmalarına imkan verəcəyi səbəbi ilə Amerikanı günahlandırırdılar. Həm də Amerika ateist Sovetlərə qarşı onun qonşuluğunda müsəlman dövləti yaratmaqla Sovetlərin tərkibində olan müsəlman ölkələrini İran vasitəsi ilə cəzb etməklə Sovetləri dağıdacağını düşünürdü.

Son anadək Şaha olan dəstəklərini açıqlayan Amerikalılar, Şahı ölkələrinə qəbul etməkdən boyun qaçırdılar. 11 fevral gecəsi Xomeyni hərəkatının başının əzilməsi üçün cəhd edilmiş, ancaq bu vaxtadək hələ anlaşılmayan bəzi şeylər meydana gəlmiş və nəhayətdə edilən cəhd uğursuz olmuşdur. İran ordusu bitərəfliyini elan etmişdir. Amerika səfiri Sullivan belə demişdir: Biz qorxduq ki, ordu ilə xalq arasında dava düşərdisə aşırı solçular bu fürsətdən istifadə edə bilərdilər. Ona görə ordunun tərəfsizliyini təmin etdik.

Karter və köməkçiləri öz görüşlərini açıqca dilə gətirmişdilər və heç çəkinmədən Xomeyni rejimini dəstəkləmişdilər. “Time” qəzeti, 5 mart 1979 tarixində Amerika prezidenti Carterinmuxaliflərinə verdiyi bir açıqlamanı yaymışdılar. Bu açıqlamada belə bir cümlə yer almışdı: ” Hadisələri dayandırmaq məqsədi ilə Amerikanın müdaxilə etməsini istəyənlər xəta etməkdə və İrandakı gerçəklərdən xəbərsizdilər.”

İnqilab günlərində Amerikan səfirliyinə edilən hücumla əlaqədar olaraq Karter bunları söyləmişdi: ” Dr. Bazergan höküməti, orada olan Amerikan vətəndaşlarının təhlükəsizliyini təmin etməkdədir və bu durum İranın yeni idarəçiliyi ilə dostluq əlaqələrimizin inkişafı üçün cəsarət verici bir addımdır. İrandakı mövcud idarəçiliklə sıx bir şəkildə çalışmağa səylərimizi davam etdirəcəyik. Ən öndə gələn liderləriylə uzun müddətdən  bəri bir neçə görüşməmiz oldu.”

Amerika Mudafiə Komandanı Brown BBC-yə verdiyi müsahibəsində Bazergan hökümətinin olduqca yardimsevər olduğunu qeyd etmişdir.

Amerikan Xarici İşlər Nazirinin müavini Harold Saunders, Orta Şərqlə bağlı raporunda bunları söyləmişdir: ” Amerikanın İrandakı çıxarları dəyişməmişdir. İranın azad və müstəqil bir ölkə olaraq qalmasında bizim üçün güclü bir fayda vardır.”

Respublikaçıların liderləri isə Karter əleyhinə acımasız bir kampaniyaya başlamışdılar. Corc Buş Karteri ikiüzlü olmaqda günahlandırmış və Karterin seçimi qazanmasının ardından Şahın Amerikaya düzənlədiyi ilk ziyarətində Karterin qarşılama zamanı söylədiyi nitqindən bu ifadələri oxumuşdur: “Mən sizinlə dost olmaqdan dolayı qürur duyuram, çünki, siz İranı əmniyyətli bir adaya dönüşdürdünüz. Siz demokratiyanın qorunmasını təmin etdiniz”. Buş bu sözləri belə yozmuşdur: Karter o zaman, CİA-e Şahın hakimiyyətinin yerlə bir edilməsi ilə sonuclanacaq əməliyyatın başladılmasına dair bir parol vermişdir.

Qeyd edək ki, Corc Buş CİA-yə xidmət etmiş və CİA-nın gözə görünməyən tərəflərini ən yaxşı bilənlərdən idi.

Amerika Birləşmiş Ştatları keçmiş Xarici İşlər Naziri Kissinger ilə Karterin Milli Güvənlik Müşaviri Brzezinski arasında acımasız bir savaş ortaya çıxmışdır. Kissinger Brzezinskiyi İran şahına qarşı hiylə qurmaqda ittiham etmişdir.

İki tələbə hicri 7.02.1400 tarixində İran televiziyasına çıxaraq səfirlikdə – qurucularından biri Dr. Bazergan olan “Azadlıq Hərəkatı” adlı bir təşkilatla Amerika arasında əlaqə olduğunu göstərən bəzi sənədlər olduğunu söyləmişlərdi.

Dr. Bazergan və hərəkat içindəki iki lider islam məhkəməsinə məktub göndərərək iddiaları anlatmışdılar və bu iddiaların heç birinin gerçək olmadığını ifade etmişdilər. Tələbələr sonra geri addım atmışdılar.

1985 ilində dünya, silah daşıyan və rəsmi Amerikan heyətini daşıyan bir Amerikan təyyarəsi sürprizi ilə qarşılaşmışdı. Bu ziyarət gizliydi. Ancaq idarəçilikdə olan çəkişmələr tərəflərdən birinin bu xəbəri Lübnan əş- Şira jurnalına sızdırılmasına səbəb olmuşdur. Jurnal xəbəri yayımladı və həm Amerikalıları həm də Ayətullahları sıxıntıya soxdu. Bu elə bir dövr idi ki, Xomeyni və Ayetullahları bir yandan Böyük Şeytan ilə gizlicə görüşərkən bir yandan da Amerikanın ünvanına hədələr biçirdi. Amerika aralarında İran da olmaqla terror fəaliyyətinə qatılan ölkələrə silah satışını qadağan edərkən özü gizli şəkildə İrana silah satırdı. Danışdıqları ilə əməlləri tutmurdu. İndi Amerikanın tələbi ilə İrana silah satmayan Avropalılara nə cavab verəcəkdi.?

Amerikan Konqresi bu skandal haqqında məhkəmə işi açdı və Amerika prezidenti Reyqanın prezidentliydən almasından başqa bir şey etmədi. Bu skandal tarixə İran-Kontra və İran-Gate olaraq düşmüşdü. Bu gün də Əfqanıstan, İraq, Suriya məsələlərində sözdə Amerkaya havlayan ayetullahların əməldə Amerika ilə iş birliyində olduğunu görürük.

İranın 1980-88 illərdə  İraq ilə etdiyi müharibədə İrana İsrail-Amerikan silah yardımı heç kəsilməmişdi. Bu mövzuda dünyanın şahid olduğu hadisəni misal gətirək:

1985-ci ildə  bir Norveç təyyarəsi Ukrayna hava məkanında düşmüş və İsraildən İrana gedən  silahlarla yüklü olduğu ortaya çıxmışdı. Daha sonra dünya mediyası, Təl-Əvivlə Təbriz arasında kimliyi bilinməyən təyyarələrdən söz etmişdilər. İraq kəşfiyyatı da İranın İsraildən 800 milyon dollar dəyərində silah aldığını xəbər vermişdi. İranlı bir yetkili də bu faktı etiraf etmişdi.

MariaTudor.com saytında tarixə səyahətə davam:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir